ABŞ Prezidenti Donald Tramp “Yeddilik Qrupu” (G7) ölkələrinin liderləri ilə telefon danışığında Yaxın Şərqdəki münaqişəyə son qoymaq üçün son tarix təyin etməyib. Bu barədə ” Axios” portalı mənbələrə istinadən məlumat yayıb.
Mənbələrinə görə, Ağ Ev sakini üzərində işlədiyi əsas məsələnin əməliyyatın vaxtı olduğunu bildirib. O əlavə edib ki, ABŞ, ilk növbədə, “işi bitirməlidir”.
Portal üçün başqa bir mənbə bildirib ki, Amerika prezidenti ölkənin münaqişədəki məqsədləri, eləcə də onun sona çatma vaxtı barədə “qeyri-müəyyən və yayındırıcı” olub.(Tass)
