İyun 28, 2026-15:49
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Dünyasını dəyişən ustadın yaradıcılığı yaşayır

2026:03:13 - 15:09
in MƏDƏNİYYƏT
A A

Daim arzu etmişəm ki, Vaqif İbrahimoğlunun yaratdığı “Yuğ” teatrında onun tərəfindən səhnələşdirilən tamaşa olsun. Bütün teatrlarda bu cür nümunələr var. Vaqif İbrahimoğlunun yaradıcılığının nümunəsi qismində onun tamasasının teatrımızın repertuarında olması bizim üçün çox vacibdir.

Bu barədə AZƏRTAC-ın müxbiri ilə söhbətində Azərbaycan Dövlət “Yuğ” teatrının rejissoru Günay Səttar bildirib. O, Anton Pavloviç Çexovun “Albalı bağı” pyesi əsasında “Birinci akt” tamaşasına quruluş verib. Bərpa olunmuş tamaşanın premyerası bu yaxınlarda baş tutub.

“Ustadımız artıq aramızda yoxdur, amma tamaşaçılar onun yaradıcılığı ilə tanış ola bilərlər. “Birinci akt” Vaqif İbrahimoğlunun son əsəridir və mən onun ikinci rejissoru qismində çalışmışam. Bu tamaşanı bərpa etmək mənim vəzifəm idi. Onun üzərində məmnuniyyətlə çalışdım. Bu prosesə qayıtmağı özüm üçün şərəf hesab edirəm. Bunu bacardığımız üçün qürur hissi keçirirəm. Bu, mənim kiçik töhfəmdir. Mənə həvalə olunmuş vəzifəni yerinə yetirməyə çalışdım. Müəllimim dediyi və o vaxt müzakirə etdiyimiz hər şeyi çatdırmağa səy göstərdim. Ümidvaram ki, buna nail oldum”, – deyə Günay Səttar vurğulayıb.

“Birinci akt” “Yuğ” teatrının yaradıcısı Vaqif İbrahimoğlunun quruluş verdiyi son tamaşalardan biridir. O, 2009-cu ildə səhnələşdirilib və tənqidçilər tərəfindən yüksək qiymət alıb. Kollektiv ustadın xatirəsinə hörmət əlaməti olaraq tamaşanı bərpa edib.

Tamaşanın quruluşçu rejissoru Vaqif İbrahimoğlu, rejissoru Günay Səttar, quruluşçu rəssamı Rəşid Şərif, rəssamı Umay Həsənova, rejissor köməkçisi Günel Səfərovadır. Rolları Təranə Ocaqverdiyeva, Nigar Mürsəl, Ləman Marrix, Amid Qasımov, Elgün Həmidov, Elşən Əsgərov, Rahib Allahquliyev, Oqtay Mehdiyev, Əbdülqəni Əliyev, Günəş Tegin, Murad Fərzəliyev ifa ediblər.

“Birinci akt” tamaşasında Pyotr Çaykovskinin “Fəsillər” fortepiano silsiləsindən “May”, “Oktyabr” və “Dekabr” partiyalarından istifadə olunub.

“Yuğ” teatrının yaradıcısı 2011-ci ildə dünyasını dəyişib.

 

 

Əvvəlki Yazı

İrandan Azərbaycana daha 5 nəfər təxliyə edilib

Növbəti Yazı

FHN-in Bakı Regional Mərkəzində “Şəhərsalma və Memarlıq İli” ilə bağlı tədbir keçirilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.