İrandan martın 13-də saat 12:00-15:00 aralığında daha 5 nəfərin Azərbaycana təxliyəsi baş tutub.
“Report”un Cənub bürosu xəbər verir ki, həmin şəxslərin 3-ü Azərbaycan, 1-i Çin, 1-i isə Böyük Britaniya vətəndaşıdır.
Onların təxliyəsi “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə həyata keçirilib.
