ABŞ prezidenti Donald Tramp hesab edir ki, Rusiya Vaşinqtonun Kiyevə dəstəyinə simmetrik cavab olaraq İran məsələsində “bir az kömək edə bilər”.
“Düşünürəm ki, o (Rusiya Prezidenti Vladimir Putin ) onlara bir az kömək edə bilər. Və yəqin ki, bizim Ukraynaya kömək etdiyimizi düşünür. Bəli, biz də onlara kömək edirik. Və o bunu deyir və Çin də eyni şeyi deyərdi, bilirsiniz, onlar bunu edirlər, biz də bunu edirik. Ədalətli olmaq üçün deyim ki, onlar bunu edirlər, biz də bunu edirik”, – Tramp Fox News radiosuna verdiyi müsahibədə bildirib.
Ötən həftə İranın xarici işlər naziri Abbas Əraqçi Rusiya və Çinin İrana siyasi və digər dəstək verdiyini bildirib. Bu arada, ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker bu gün bildirib ki, Vaşinqtonun Rusiyanın Yaxın Şərq münaqişəsində İranı dəstəklədiyinə dair heç bir məlumatı yoxdur. (Tass)
