Ermənistan hüquq-mühafizə orqanlarının əməkdaşları rusiyalı iş adamı Samvel Karapetyana dəstək məqsədilə keçirilən mitinqdə üç iştirakçını saxlayıblar. Fəallar hazırda ev dustaqlığında olan iş adamının məhkəməyəqədərki həbs müddətinin uzadılması məsələsinə baxılan Yerevan Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinə gəliblər.
Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən TASS-a verilən məlumata görə, “Ermənistan İnzibati Xətalar Məcəlləsinin 182-ci maddəsi ilə nəzərdə tutulan əməli törətdiklərinə görə üç nəfər saxlanılaraq yerli polis bölməsinə təhvil verilib”.
Yüzlərlə vətəndaş məhkəmə binasının qarşısında toplaşmağa davam edir. Binaya böyük polis qüvvələri yeridilib. (Tass)
