Səudiyyə Ərəbistanı və digər Körfəz Ərəb ölkələri İrandan gələn hər hansı bir gərginliyə qarşı eskalasiya ilə cavab verəcəklər. Bu barədə Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Əl Səud bildirib.
Səudiyyə Ərəbistanı xarici işlər naziri həmçinin qeyd edib ki, İran rəhbərliyi Körfəz Ərəb ölkələrinin onun hücumlarına cavab verə bilmədiyinə inanırdısa, yanılırdı.
Nazir Ər-Riyadda 12 ərəb və İslam ölkəsinin xarici işlər nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında çıxış edərək vurğulayıb ki, “İran Körfəz Ərəb dövlətlərinin onun təcavüzünə cavab verə bilməyəcəyini düşünürdüsə, səhv edib. Həm Səudiyyə Ərəbistanı, həm də regiondakı digər ölkələr lazımi hərbi imkanlara malikdir və biz lazım gələrsə, hamısından istifadə edəcəyik”. Görüş ” Əl-Hədəs” televiziyası tərəfindən yayımlanıb.
Səudiyyə Ərəbistanının xarici işlər naziri bildirib ki, “İrana olan qalan etimad tamamilə sarsılıb” və Tehran özü, onun fikrincə, “qonşuları ilə dialoqa inanmır”. (Tass)
