Böyük Britaniya Hörmüz boğazının açılması planlarını hazırlamaq üçün ABŞ-a kiçik bir hərbi planlaşdırıcı qrupu göndərib. Bu barədə “The Times” qəzeti Böyük Britaniya Müdafiə Nazirliyinin nümayəndələrinin keçirdiyi brifinqə istinadən məlumat yayıb.
Britaniyalı mütəxəssislərin Yaxın Şərqdəki hərbi əməliyyatlara cavabdeh olan ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) qərargahının yerləşdiyi Florida ştatının Tampa şəhəri yaxınlığındakı MakDill Hərbi Hava Qüvvələri Bazasına getdikləri bildirilir. Qəzetin məlumatına görə, Britaniya mütəxəssislərindən gəmilərin boğazdan təhlükəsiz keçməsini təmin etmək üçün variantların planlaşdırılmasında və hazırlanmasında kömək istənilib.
“The Times” qəzeti xəbər verir ki, brifinq zamanı Böyük Britaniyanın Birinci Dəniz Lordu general Qvin Cenkins nazirlərə hazırkı vəziyyətdə Britaniyanın hərəkətləri üçün müxtəlif variantlar təqdim edib. Qəzetin qeyd etdiyi kimi, boğazdan ticarət gəmilərini müşayiət etmək üçün Britaniya hərbi gəmilərinin göndərilməsi nəzərdən keçirilmir. Lakin məqalədə qeyd olunur ki, Böyük Britaniya münaqişə bitdikdən sonra nə edilə biləcəyini ABŞ və Avropa tərəfdaşları ilə müzakirə edir.
