İran vasitəçilərin ABŞ və İsraillə hərbi əməliyyatları dayandırmaq təkliflərinə cavab olaraq xarici təhdidlərə qarşı “özünü lazımi səviyyədə çəkindirəcəyini” bildirib. Bu barədə İranın Tasnim xəbər agentliyi mənbəyə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, Amerika-İsrail təcavüzünün ilk günündən bəri bir sıra ölkələrin vasitəçiləri Tehrana bu cür təkliflərlə müraciət ediblər.
Ağ Ev rəhbəri daha əvvəl bildirmişdi ki, Vaşinqton və Tehran son iki gündə Yaxın Şərqdə hərbi əməliyyatlara son qoymaq üçün “yaxşı və məhsuldar” danışıqlar aparıblar. Amerika lideri Pentaqona həftə ərzində məsləhətləşmələr davam edərkən İranın enerji infrastrukturuna zərbələri beş gün təxirə salmağı tapşırdığını bildirib.
