ABŞ prezidenti Donald Tramp İranın enerji obyektlərinə zərbələri yalnız İslam Respublikası təhdidlərlə cavab verdikdən sonra təxirə salmaq qərarına gəlib. Bu barədə İranın Əfqanıstandakı səfirliyi bildirib.
İranın X-dəki səfirliyinin açıqlamasında deyilir: “İslam Respublikası ABŞ-ın İranın enerji infrastrukturuna hər hansı bir hücumu halında bütün regionun enerji infrastrukturuna zərbə endirəcəyi ilə hədələdikdən sonra Tramp geri çəkildi və hücumu təxirə salmaq əmrini verdiyini bildirdi”.
