İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) Aerokosmik Qüvvələrinin (silahlı qüvvələrin elit bölməsi) komandanı general Məcid Musəvinin sözlərinə görə, İran ordusu tezliklə Yaxın Şərqdə yeni “yüksək dəyərli” Amerika və İsrail hədəflərinə zərbələr endirəcək.
O, X-də yazıb: “İran kəşfiyyatının səyləri və İslam Respublikasının zərbələri sayəsində Amerikanın İran sərhədlərindən uzaqlaşmaqdan başqa çarəsi qalmayıb. Bunu İran tərəfindən məhv edilən Amerika təyyarələrinin qalıqları və düşmənin dağıdılmış anbarları sübut edir. Tezliklə bu [vurulan hədəflər] siyahısına yeni dəyərli obyektlər əlavə olunacaq”, – deyə Musəvi vurğulayıb. (Tass)
