Pakistanın xarici işlər naziri İshaq Dar bildirib ki, ABŞ və İran arasında münaqişənin həlli ilə bağlı danışıqlar yaxın günlərdə İslamabadda baş tuta bilər.
O, Misir, Türkiyə və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri ilə məsləhətləşmələrdən sonra keçirilən mətbuat konfransında bildirib ki, “Pakistan qarşıdakı günlərdə mövcud münaqişənin hərtərəfli və davamlı həlli üçün iki tərəf arasında mənalı danışıqlara ev sahibliyi etməkdən və onları asanlaşdırmaqdan şərəf duyacaq”. Dar qeyd edib ki, “Pakistan həm İranın, həm də ABŞ-ın Pakistanın danışıqları asanlaşdıracağına inamını ifadə etməsindən çox məmnundur”.
Nazir bildirib ki, Çin, Qahirə, Ankara və Ər-Riyadla birlikdə İslamabadın sülh təşəbbüsünü dəstəkləyir. Dar əlavə edib ki, BMT-nin baş katibi Antonio Quterreş də Pakistanın vasitəçilik səylərini bəyəndiyini bildirib.
Martın 29-da Pakistan, Türkiyə, Misir və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri İslamabadda Yaxın Şərqdəki vəziyyəti həll etmək üçün danışıqlar aparıblar. Tərəflər “müharibənin heç kimə faydası olmadığı və yalnız itkilərə və dağıntılara səbəb olacağı” barədə razılığa gəliblər.
