ABŞ prezidenti Donald Tramp İrandakı vəziyyətlə bağlı xalqa müraciətində iki-üç həftə ərzində hərbi əməliyyatın başa çatdığını elan edə bilər. Bu barədə ABC News müxbiri Selina Vonq Ağ Ev mənbələrinə istinadən məlumat verib.
Onun məlumatına görə, Tramp İrana qarşı əməliyyatın gedişatı ilə bağlı yenilənmiş məlumatları təqdim edəcək, əməliyyatın 2-3 həftə ərzində başa çatdırılması lazım olan müddəti müəyyən edəcək və ABŞ Silahlı Qüvvələrinin “əməliyyat başlamazdan əvvəl verilən bütün tapşırıqları yerinə yetirdiyi” mövqeyini də açıqlayacaq.
ABC News mənbələri bu məqsədləri Tehranın nüvə silahı əldə etmək qabiliyyətindən məhrum edilməsi, İranın ballistik raketləri və ballistik raket istehsalı müəssisələrinin məhv edilməsi və İran donanmasını məhv etmək kimi qeyd edirlər. Bundan əlavə, kanalın müxbiri qeyd edir ki, ABŞ ordusunun missiyasına həmçinin İranın proksi qüvvələrinin regiondakı vəziyyəti “sabitləşdirmək qabiliyyətinə malik olmamasını” təmin etmək daxildir.
