ABŞ prezidenti Donald Tramp NATO müttəfiqlərini ABŞ-ın Hörmüz boğazını açmasına kömək etməkdən imtina etməsinə cavab olaraq Ukraynaya silah tədarükünü dayandırmaqla hədələyib. Bu barədə Financial Times (FT) mənbələrə istinadən məlumat yayıb.
Onların məlumatına görə, Ağ Ev rəhbəri xəbərdarlıq edib ki, Vaşinqton PURL fondu vasitəsilə toplanan vəsaitlərdən istifadə edərək Ukrayna üçün Amerika silahlarının alınması proqramını dayandıra bilər.
Mənbələr Financial Times qəzetinə bildiriblər ki, Trampın sərt mövqeyinə cavab olaraq bir neçə ölkə NATO-nun baş katibi Mark Ruttenin çağırışlarına qulaq asıb və 19 martda gəmilərin Hörmüz boğazından təhlükəsiz keçidini təmin etmək səylərini dəstəkləməyə hazır olduqlarını bildirən birgə bəyanat yayıblar. Bunların arasında Birləşmiş Krallıq, İtaliya, Hollandiya, Fransa, Almaniya və Yaponiya da var idi. Sonradan bu mövqeyi dəstəkləyən ölkələrin sayı 35-ə çatdı.
