Ukrayna münaqişəsinin həlli üzrə danışıqların hazırkı mərhələsi “bir neçə kvadrat kilometr” ərazi uğrunda mübahisə üzərində cəmləşib. Bu barədə Budapeştdə ABŞ-ın vitse-prezidenti J.D. Vance bildirib.
“Biz müəyyən irəliləyiş əldə etmişik. Əlbəttə ki, hələlik qəti irəliləyiş yoxdur, amma mən buna olduqca nikbin yanaşıram. Bu mərhələdə biz bu və ya digər istiqamətdə bir neçə kvadrat kilometr ərazi üzərində mübahisələrdən danışırıq”, – deyə o, Macarıstan hökuməti tərəfindən dəstəklənən tədqiqat və təhsil müəssisəsi olan Matyás Corvinus Kollecində çıxış edərkən bildirib.
