Pakistan hakimiyyəti ABŞ-İran danışıqları üçün İslamabadda keçiriləcək xarici nümayəndə heyətlərinin tam təhlükəsizliyini təmin etməyə hazırdır. Pakistanın daxili işlər naziri Möhsin Rza Naqvi bunu ABŞ-İran danışıqlarından əvvəl ABŞ-ın Pakistandakı səfiri Natali Beykerə bildirib.
“Dawn” qəzeti nazirin sözlərini sitat gətirir: “Bütün xarici qonaqların mütləq təhlükəsizliyini təmin etmək üçün hərtərəfli plan hazırlanıb”.
Nəşrin məlumatına görə, təhlükəsizlik tədbirlərini yoxlamaq üçün artıq 30 Amerika hərbçisindən ibarət qabaqcıl qrup İslamabada gəlib.
Daha əvvəl xəbər verildiyi kimi, Pakistan paytaxtının administrasiyası danışıqlarla əlaqədar 9 və 10 aprel tarixlərini rəsmi tətil elan edib. İslamabad polisi hökumət kompleksinin yerləşdiyi “Qırmızı Zona” adlanan əraziyə girişi məhdudlaşdırıb. Bu tədbirlər xarici nümayəndə heyətlərinin təhlükəsizliyini təmin etmək üçün görülüb. (Tass)
