Ermənistanın Baş naziri Nikol Paşinyan rusiyalı iş adamı Samvel Karapetyana məxsus Ermənistan Elektrik Şəbəkələrinin artıq de-fakto milliləşdirildiyini və bunun da de-yure ediləcəyini bildirib.
“Siz Ermənistan Elektrik Şəbəkələrinin tarixindən yaxşı xəbərdarsınız, çünki onlar mahiyyət etibarilə artıq de-fakto milliləşdirilib. Bu da de-yure ediləcək, lakin bu, qismən Ermənistan istehlakçılarının xahişi ilə edilib. Bu gün Elektrik Şəbəkələri dövlətə məxsusdur və belə də qalacaq”, – Paşinyan jurnalistlərlə söhbətində bildirib. (Tass)
