May 1, 2026-7:01
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Azərbaycan-İraq türkman elmi-ədəbi əlaqələri araşdırılıb

2026:04:09 - 14:57
in SOSİAL
A A

AMEA Folklor İnstitutunun Elmi Şurasının qərarı ilə Türk xalqları folkloru şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Səkinə Qaybalıyevanın “Azərbaycan-İraq türkman ədəbi əlaqələri və Əbdüllətif Bəndəroğlu” adlı monoqrafiyası nəşr olunub.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədqiqatda Azərbaycan-İraq türkman elmi-ədəbi əlaqələrinin tarixinə nəzər salınıb. Bu əlaqələrin fonunda tanınmış tədqiqatçı, ictimai xadim, şair, naşir və tərcüməçi Əbdüllətif Bəndəroğlunun yaradıcılığı araşdırılıb. Kitab ön söz, giriş, üç fəsil və ədəbiyyat siyahısından ibarətdir. Girişdə türkmanların İraqda yerləşmə bölgələri, onların sayı və milli-mədəni dəyərləri haqqında qısa məlumat verilib, XX əsrin ikinci yarısından başlayan Azərbaycan-İraq türkman elmi-ədəbi əlaqələri ayrı-ayrı elm xadimlərinin yaradıcılığı işığında nəzərdən keçirilib. Azərbaycanda, Türkiyədə və İraqda bu əlaqələrimizin inkişafı istiqamətində mühüm rol oynamış müxtəlif elmi-ədəbi hadisələr də kitabda diqqətə çatdırılıb.

Monoqrafiyanın birinci fəslində İraq-türkman ədəbiyyatının folklor qaynaqları araşdırılıb, elmi-ədəbi əlaqələrimizin inkişafında əhəmiyyətli rol oynayan Əbdüllətif Bəndəroğlunun yaradıcılığında xalq şeirinin izləri və onun ədəbiyyata gətirdiyi yeniliklər tədqiqata cəlb edilib. Azərbaycan mövzusunu istər elmi-ədəbi yaradıcılığında, istərsə də ictimai fəaliyyətində əsas istiqamətlərdən birinə çevirən şairin ölkəmizə sonsuz rəğbətini və sevgisini tərənnüm edən poeziya nümunələri ayrıca yarımfəsildə araşdırılıb.

Kitabın ikinci fəslində Əbdüllətif Bəndəroğlunun ədəbiyyatşünaslıq irsi nəzərdən keçirilib. İraq-türkman folklorunun və ədəbiyyatının araşdırılmasına həsr etdiyi tədqiqatları elmi təhlilə cəlb edilib. Araşdırıcının uzun illər Azərbaycan folkloru, eləcə də ədəbiyyatımızın klassik və müasir inkişaf dövrü ilə bağlı araşdırmaları, ərəb dilinə tərcümə etdiyi kitablar tədqiq olunub.

Əbdüllətif Bəndəroğlu ömrünün 30 ildən çoxunu İraq-türkman mətbuatının inkişafına həsr edib, bu istiqamətdə bir çox mətbu orqanların nəşrinə nail olub. Onun 1970-ci ildən naşiri olduğu “Yurd” qəzeti və “Birlik səsi” dərgisi (ərəbcə və türkcə), eləcə də 2000-ci illərin əvvəllərindən iki dildə çap etdirdiyi “Yurd” dərgisində İraq-türkman elmi-ədəbi və mədəni-ictimai həyatı ilə yanaşı, Azərbaycan elmi-ədəbi mühitini işıqlandıran mövzulara da geniş yer verilirdi. Təqdirəlayiq haldır ki, “Yurd” dərgisində alim və ədiblərimizin məqalələri Azərbaycan dilində olduğu kimi nəşr edilirdi. Kitabın üçüncü fəslində Ə.Bəndəroğlunun naşirlik fəaliyyətinin tədqiqi əsas yer tutur.

Monoqrafiyanın sonunda ötən əsrin 60-70-ci illərində Azərbaycan və İraq türkman ziyalıları arasında elmi-ədəbi istiqamətdə əsas informasiya mübadiləsi rolunu oynamış bəzi məktubların surəti yer alıb.

Kitabın elmi redaktoru Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev, rəyçiləri professorlar Əfzələddin Əsgər, Almaz Həsənqız və Siham Zəngidir. Monoqrafiya Azərbaycan-İraq türkman elmi-ədəbi əlaqələrinin öyrənilməsində faydalı qaynaqlardan biri sayıla bilər.

Əvvəlki Yazı

Xalq yazıçısı Anar: Azərbaycan və Özbəkistan vahid siyasi xətt yürüdür

Növbəti Yazı

Nizami Gəncəvi və Əlişir Nəvai paralelləri – Daşkənddə beynəlxalq konfrans

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.