May 1, 2026-4:47
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Xalq yazıçısı Anar: Azərbaycan və Özbəkistan vahid siyasi xətt yürüdür

2026:04:09 - 14:50
in MƏDƏNİYYƏT
A A

Azərbaycan və Özbəkistan ardıcıl olaraq vahid siyasi xətt yürüdür və Türk dünyası çərçivəsində qardaşlıq münasibətlərini inkişaf etdirir.

“Report”un Daşkəndə ezam olunmuş müxbirinin məlumatına görə, bunu Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Əmir Teymurun anadan olmasının 690 illiyinə həsr olunmuş beynəlxalq elmi konfransda bildirib.

O, iki xalqın yaxınlaşmasının əhəmiyyətini və dövlət başçılarının bu prosesdəki xüsusi rolunu vurğulayıb. “Prezidentimiz (İlham Əliyev – red.) deyir ki, biz hamımız vahid Türk ailəsinin üzvləriyik. Və bu birliyin uğurları məni ürəkdən sevindirir”, – Anar bildirib.

Xalq yazıçısı Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə dərin hörmət bəsləməsinin üç əsas amilini qeyd edib. Onun fikrincə, bu amillərdən birincisi Türk dünyasına inteqrasiyasındakı roldur: “O, Özbəkistanı Türk dünyasına qaytardı. Türk birliyini onun dayağı olan Özbəkistansız təsəvvür etmək çətindir və bu gün ölkə Türk ailəsində layiqli yer tutur”.

O, ikinci səbəb kimi davamlı dövlətlərarası münasibətləri qeyd edib: “Özbəkistan həmişə Azərbaycanı dəstəkləyir. Prezidentlərimiz dostluq edir və iki qardaş xalq eyni siyasi xətt yürüdür”.

Anarın sözlərinə görə, üçüncü amil Özbəkistan Prezidentinin Yazıçılar Birliyinə və kitabların, o cümlədən qardaş Türk xalqlarının əsərlərinin nəşrinə göstərdiyi diqqətdir. “Mənim kitablarım da nəşr olunur, buna görə minnətdaram”, – o əlavə edib.

Əvvəlki Yazı

Ağdaş və Qax məktəbliləri erkən nikahın zərərli təsirləri barədə məlumatlandırılıblar

Növbəti Yazı

Azərbaycan-İraq türkman elmi-ədəbi əlaqələri araşdırılıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.