Cəmiyyətin rəhbəri Pir Hüseyn Kulivand SNN-ə verdiyi müsahibədə bildirib ki, İsrail və ABŞ-ın hücumları nəticəsində İran Qızıl Aypara Cəmiyyətinin ən azı 20 mərkəzinə ziyan dəyib.
Onun sözlərinə görə, 32 universitet, 857 məktəb və bir neçə ictimai nəqliyyat vasitəsi də hücuma məruz qalıb.
Bundan əlavə, İrana endirilən zərbələr nəticəsində ölkənin hava limanlarında təxminən 15 infrastruktur obyekti zədələnib. (Tass)
