Livan rəsmi mənbəsi “Əl-Cəzirə” yə bildirib ki, çərşənbə axşamı Vaşinqtonda Livan və İsrail arasında keçiriləcək danışıqlar yalnız atəşkəs razılaşmasının əldə edilməsinə yönələcək.
Onun sözlərinə görə, Beyrutun mövqeyi “aydındır və atəşkəsə nail olmağın prioritetinə əsaslanır”, Livan səfirinin Vaşinqtondakı rəsmi mandatı isə yalnız bu məsələni müzakirə etməklə məhdudlaşır. Mənbə qarşıdan gələn görüşün “hazırlıq xarakteri daşıdığını” qeyd edib. O, ABŞ dövlət katibinin İsraillə danışıqlarda iştirakının “Amerikanın bu prosesə dəstəyinin sübutu” olduğunu vurğulayıb.
Daha əvvəl ərəb diplomatik mənbəsi TASS-a bildirib ki, Vaşinqtonda keçiriləcək Livan-İsrail danışıqlarında İsrail ilə yeni atəşkəs razılaşmasının əldə edilməsi prioritet məsələdir. (Tass)
