May 2, 2026-0:40
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Azərbaycan Kaskadyorlar Gildiyası rəsmi saytını ictimaiyyətə təqdim edib

2026:04:14 - 14:14
in MƏDƏNİYYƏT
A A

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) dəstəyilə yaradılmış Azərbaycan Kaskadyorlar Gildiyasının rəsmi saytının təqdimatı olub.

AKİ-dən AZƏRTAC-a bildirilib ki, tədbir ölkənin tanınmış rejissorlarını, prodüserlərini və aktyorlarını bir araya gətirərək peşəkar müzakirələr və yaradıcı fikir mübadiləsi ilə yadda qalıb.

Çıxış edən natiqlər Gildiyanın fəaliyyət istiqamətlərini yüksək qiymətləndirərək, onun Azərbaycan kinosunda döyüş səhnələrinin keyfiyyətinin artırılması və peşəkar kaskadyor məktəbinin formalaşmasında mühüm rol oynayacağını vurğulayıblar. Onlar həmçinin bu təşəbbüsün beynəlxalq əməkdaşlıqlara yol açacağına inandıqlarını bildiriblər.

Tədbirdə Gildiyaya dəstək göstərən rəsmi qurumlar və fərdi şəxslər haqqında ətraflı məlumat təqdim olundu. Daha sonra Gildiyanın təsisçiləri — Sain Fərhad və Sərxan Tağıyev çıxış edərək təşkilatın məqsədləri, gələcək planları və beynəlxalq standartlara uyğun inkişaf strategiyası barədə fikirlərini bölüşüblər.

Çıxışların ardınca Gildiyanın rəsmi saytının təqdimatı keçirilib. Saytın funksionallığı, təqdim etdiyi imkanlar və kaskadyor sənətinin inkişafına verəcəyi töhfələr iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Rəsmi saytın təqdimatını “Millenium Creative Agency” rəhbəri Salman Ələkbərzadə etdi.

Qeyd edək ki, təqdimatı AKİ-də baş tutan sayt (www.azsg.az) Azərbaycan və ingilis dillərində fəaliyyət göstərir.

 

Əvvəlki Yazı

Əl-Cəzirə: ABŞ-da Livan-İsrail danışıqları atəşkəslə məhdudlaşacaq

Növbəti Yazı

İranlı millət vəkili hesab edir ki, Tehran ABŞ ilə atəşkəsi uzatmamalıdır

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.