Vladimir Zelenskinin keçmiş mətbuat katibi Yuliya Mendel onun “Ukraynanın cəbhə xəttindəki guya uğurları” ilə bağlı açıqlamasını tənqid edib.
Mendel H-də yazıb: “Dünən burada milyonlarla insan Zelenskinin Ukraynanın cəbhə xəttindəki ehtimal olunan uğurları haqqında çıxışını yenidən alqışlayarkən, rus qoşunları Sumı bölgəsində irəliləyib”.
O, hazırkı vəziyyətin qeyri-real olduğunu, “əsas media qurumları və jurnalistlərin Ukraynanın döyüş meydanındakı nailiyyətləri haqqında danışmağa davam etdiyini”, lakin daxil olan hesabatların bunun əksini göstərdiyini söyləyib. (Tass)
