Avropa Komissiyası Kiyevə 90 milyard avroluq ilk maliyyələşdirmə tranşlarının verilməsi planlarını 2026-cı ilin ikinci yarısına qədər təxirə salıb. Bu barədə Avropa Komissiyasının sözçüsü Bala Ujvari Brüsseldə keçirilən brifinqdə bildirib.
“Avropa Komissiyası bu proqram çərçivəsində ilk ödənişləri ilin ikinci yarısında həyata keçirmək planlarına sadiq qalır”, – deyə o, Viktor Orbanın məğlubiyyətinin Ukraynanın 2026 və 2027-ci illər üçün planlaşdırılan 90 milyard avroluq büdcə və hərbi maliyyələşdirmə proqramının tez bir zamanda blokdan çıxarılmasına imkan verib-verməyəcəyi ilə bağlı suala cavab olaraq bildirib.
Avropa Komissiyası əvvəllər ilk vəsaitin 2026-cı ilin aprelində Kiyevə köçürülməli olduğunu bildirmişdi. (Tass)
