ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuper iddia edir ki, Amerika ordusu İran limanlarını uğurla bloklayıb. Bəyanat komandanlığın rəsmi X səhifəsində dərc edilib.
Admiral bildirib ki, “Amerika qüvvələri Yaxın Şərqdə dəniz üstünlüyünə nail olduqdan sonra İran limanlarının blokadası uğurla qurulub”.
Onun sözlərinə görə, ABŞ son 36 saat ərzində İranın dəniz ticarətini dayandıra bilib. (Tass)
