Ağ Evin mətbuat katibi Kerolin Livitt müntəzəm mətbuat brifinqində bildirib ki, ABŞ hələlik İrana atəşkəsin uzadılmasını təklif etməyib.
“Bu səhər [İrandan] atəşkəsin uzadılmasını rəsmi olaraq tələb etdiyimiz barədə bəzi yalan məlumatlar gördüm. Bu, hazırda doğru deyil”, – deyə o bildirib.
