May 1, 2026-20:56
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

“Azərbaycan iqtisadiyyatının investisiya absorbsiyası” kitabının təqdimat mərasimi olub

2026:04:17 - 10:46
in SOSİAL
A A

İqtisadçı-ekspert Eldəniz Əmirovun “Azərbaycan iqtisadiyyatının investisiya absorbsiyası” adlı kitabının Azərbaycan Dövlət İqtisad Universitetində təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə İqtisad Universitetinin rektoru, millət vəkilləri, dövlət qurumlarının rəhbər şəxsləri, iqtisadçı və siyasi ekspertlər, ictimaiyyət və media təmsilçiləri iştirak edib.

Tədbirdə çıxış edənlər kitabda təqdim olunan “investisiya absorbsiyası” yanaşmasının əhəmiyyətini xüsusi vurğulayıb, Azərbaycanın iqtisadiyyatında hansı sahələrin və hansı həcmdə investisiya qəbul etməyə hazır olduğu, bu sahələrin real tutumu və mənimsəmə qabiliyyətinin sistemli şəkildə təhlil edildiyini qeyd ediblər. Bildirilib ki, əsər ümumi xarakterli nəzəri yanaşmadan fərqli olaraq, birbaşa yerli və xarici investorlar üçün praktik istiqamətləndirici mənbə kimi hazırlanıb.

Natiqlər vurğulayıb ki, kitab investorlara müxtəlif sektorlar üzrə investisiya imkanlarını, mövcud dövlət dəstəyi mexanizmlərini və bu imkanlardan istifadə yollarını aydın şəkildə müəyyən etməyə, eləcə də sərmayə qoyuluşlarının perspektiv geri dönüşünü qiymətləndirməyə imkan verir.

Qeyd olunub ki, sənaye, aqrar sektor, turizm, logistika, informasiya texnologiyaları, enerji sahələri üzrə investisiya potensialının vahid çərçivədə təqdim olunması investorun qərarvermə prosesini asanlaşdırır.

Eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə tətbiq edilən güzəştlərin “Güzəştlər Vadisi” modeli ilə təqdim edilməsi xüsusi vurğulanıb.

Bildirilib ki, kitabda makroiqtisadi sabitlik, aparılan islahatlar və qeyri-neft sektorunun imkanları üzrə analitik yanaşma təqdim olunur və bu baxımdan əsər həm investorlar, həm də iqtisadi qərarvericilər üçün praktik əhəmiyyət daşıyır.

Əvvəlki Yazı

Azərbaycan XİN Suriyanı Milli Günü münasibətilə təbrik edib

Növbəti Yazı

Suriya və Türkiyə İdlibdə azad iqtisadi zona yaratmaq niyyətindədirlər

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.