Suriya və Türkiyə liderləri birgə sənaye inkişafı üçün İdlib şəhəri və Ərəb Respublikasının İdlib bölgəsində azad iqtisadi zonanın yaradılması ilə bağlı danışıqlar aparırlar. Bu barədə Suriya prezidenti Əhməd əl-Şara Türkiyənin Anadolu xəbər agentliyinə verdiyi müsahibədə bildirib.
Suriya lideri qeyd edib ki, “Suriya ilə Türkiyə arasında regional inteqrasiya üçün əhəmiyyətli imkanlar var və Suriya Şərqlə Qərb arasında körpü rolunu oynayır. Hazırda İdlibdə prioritet sənaye sahələrinin birgə inkişaf etdirilə biləcəyi Suriya-Türkiyə azad iqtisadi zonasının yaradılması üzərində iş aparılır”.
Onun sözlərinə görə, İdlib Türkiyə sərhədinə yaxınlığı, eləcə də Dəməşq, Hələb və Latakiyaya aparan əsas magistral yolların cəmləşməsi səbəbindən belə bir layihənin həyata keçirilməsi üçün ən optimal bölgədir.
Əl-Şara əlavə edib ki, Suriya hakimiyyəti türk tərəfdaşlarının dəstəyi ilə hazırda Ərəb Respublikasının logistika imkanlarını genişləndirmək üçün onun hava və dəniz infrastrukturunun yenidən qurulmasına fəal şəkildə investisiya qoyur. (Tass)
