Aprel 19, 2026-5:19
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Gələn il Ağdam-Xankəndi dəmir yolu və Xankəndi Dəmir Yolu-Avtovağzal Kompleksinin açılışı planlaşdırılır

2026:04:17 - 12:57
in SOSİAL
A A

Azərbaycanın bütün regionlarını sərnişinlər üçün daha əlçatan etməyi və xidmət coğrafiyasını genişləndirməyi qarşıya məqsəd qoyan “Azərbaycan Dəmir Yolları” QSC sərnişindaşıma xidmətinin dayanıqlı inkişafı üçün pandemiyadan əvvəl mövcud olmuş marşrut və stansiyaların bərpasını mərhələli şəkildə həyata keçirir.

“APA-Economics” xəbər verir ki, bunu Kürdəmir stansiyasının sərnişinlərin istifadəsinə verilməsi və bununla əlaqədar rəmzi qatarın təşkil olunması çərçivəsində jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini Arif Ağayev bildirib.

Onun sözlərinə görə, bu istiqamətdə 2023-cü ildə Bakı–Gəncə–Bakı marşrutu Ağstafaya qədər uzadılıb, ilk dəfə olaraq Qəbələyə sürətli qatar reysləri təşkil olunub. 2024-cü ildə yeni qatarlar istismara verilib, Bakı–Ağstafa–Bakı xətti üzrə reyslərin sayı artırılıb, Ləki və Ucar stansiyalarında dayanacaqlar təmin edilib.

Arif Ağayev onu da qeyd edib ki, 2025-ci ildə isə sərnişindaşıma daha da genişləndirilib. Belə ki, ilin əvvəlində Bakı–Balakən–Bakı, iyun ayında Bakı–Qazax–Bakı, avqustda isə Bakı–Ağdam–Bakı marşrutları bərpa olunub. Bununla yanaşı, ilk dəfə Gəncə-Qəbələ-Gəncə xətti istifadəyə verilib. Növbəti ildə həm Ağdam-Xankəndi dəmir yolunun, həm də Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışı planlaşdırılır.

“Görülən bu tədbirlərin nəticəsi olaraq, 2025-ci ildə ADY rekord göstəriciyə nail olaraq 10 milyondan çox sərnişin daşıyıb ki, bu da xidmət keyfiyyətinin artırılmasına və müştəri məmnuniyyətinə verdiyimiz önəmi bir daha nümayiş etdirir”, – Arif Ağayev vurgulayıb.

Əvvəlki Yazı

Pərviz Şahbazov: “Enerji məsələsi dövlətlərin ümumi təhlükəsizliyi üçün vacibdir”

Növbəti Yazı

Almaniya ilə Azərbaycan arasında sənədlərin səfirliklər tərəfindən leqallaşdırılması tam dayandırılıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.