Aprel 19, 2026-1:36
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Almaniya ilə Azərbaycan arasında sənədlərin səfirliklər tərəfindən leqallaşdırılması tam dayandırılıb

2026:04:17 - 13:01
in SİYASƏT
A A
Almaniya tərəfi ilə uzun müddət aparılan iş nəticəsində rəsmi sənədlərin tanınması ilə bağlı yeni qaydalar qüvvəyə minib ki, bu da Azərbaycan vətəndaşlarının işini xeyli yüngülləşdirəcək.

“Report” xəbər verir ki, bunu Azərbaycanın Almaniyadakı səfiri özünün “X” hesabında yazıb.

O bildirib ki, artıq Almaniya ilə Azərbaycan arasında sənədlərin səfirliklər tərəfindən leqallaşdırılması tam dayandırılıb. Bunun əvəzinə, apostil prosedurunun tətbiqinə başlanılıb.

“Bu nə deməkdir? Hər iki ölkə 1961-ci il tarixli Haaqa Apostil Konvensiyasının iştirakçısıdır. Bu Konvensiyaya görə, bir ölkədə verilmiş rəsmi sənədlərin digər ölkədə tanınması üçün yalnız apostil möhürü kifayətdir. Əlavə leqallaşdırma və ya təsdiq tələb olunmur. Almaniya tərəfi ilə aparılan müvafiq iş nəticəsində 2026-cı ilin mart ayında Apostil Konvensiyası iki dövlət arasında tam qüvvəyə minib. Beləliklə, Almaniyada verilən rəsmi sənədlər yalnız Almaniyanın müvafiq dövlət qurumları tərəfindən apostil möhürü ilə təsdiq olunur və bu, həmin sənədlərin Azərbaycanda tanınması üçün kifayətdir. Artıq əlavə olaraq bu sənədlərin Berlindəki Azərbaycan Səfirliyində leqallaşdırılmasına ehtiyac yoxdur”, – səfir qeyd edib.

N.Ağayev, həmçinin vurğulayıb ki, Azərbaycanda verilmiş sənədlər də yalnız apostil möhürü ilə Almaniyada tanınır və Almaniyanın Bakıdakı səfirliyində əlavə leqallaşdırma tələb olunmur: “Bu mühüm yenilik Azərbaycan ilə Almaniya arasında qarşılıqlı etimada əsaslanan səmərəli əməkdaşlığın xalqlarımızın maraqları naminə davamlı şəkildə inkişaf etdiyini bir daha aydın şəkildə nümayiş etdirir”.

Əvvəlki Yazı

Gələn il Ağdam-Xankəndi dəmir yolu və Xankəndi Dəmir Yolu-Avtovağzal Kompleksinin açılışı planlaşdırılır

Növbəti Yazı

Deputat: Azərbaycanda orta aylıq əməkhaqqı 1099 manat olub

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.