Amerika lideri Donald Tramp ABŞ-İran danışıqları ilə bağlı əlavə məlumatların şənbə gününün sonuna qədər açıqlanacağını gözləyir.
“Günün sonuna qədər bəzi məlumatlara sahib olacağıq. Biz onlarla (İran ) danışırıq və sərt mövqe tuturuq”, – deyə o, Ağ Evdə jurnalistlərə bildirib. Prezident hansı məlumata istinad etdiyini dəqiqləşdirməyib.
