İran tərəfi Pakistan vasitəçisindən ABŞ-ın danışıqlar üçün yeni təkliflərini alıb və hazırda bunlar nəzərdən keçirilir. Bu barədə İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurası məlumat verib.
“Son günlərdə Pakistan ordusu komandanının danışıqlarda vasitəçi kimi Tehrana səfəri ilə əlaqədar olaraq, amerikalılar İran İslam Respublikasının nəzərdən keçirdiyi, lakin hələlik cavab vermədiyi yeni təkliflər irəli sürüblər”, – Fars xəbər agentliyi Təhlükəsizlik Şurasından sitat gətirib.
