Bu il yanvarın 1-nə Naxçıvan Muxtar Respublikasında 56 510 nəqliyyat vasitəsi dövlət qeydiyyatında olub.
Bu barədə “Report”un yerli bürosuna Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 10,3% çoxdur.
Muxtar respublikadakı avtomobillərin 47 086 ədədi minik avtomobilləridir. Bu, 1 il əvvələ nisbətən 11,5% çoxdur.
Bununla yanaşı, Naxçıvanda 7 384 yük avtomobili, 1 031 avtobus, 519 xüsusi təyinatlı və təcili tibbi yardım avtomobilləri, eləcə də 490 pikap və furqon qeydiyyatdadır.
Hesabat dövründə muxtar respublikada istismar müddəti 2 ilə qədər olan avtomobillərin sayı 1 046-dan 2 254-ə, hibrid mühərrikli minik avtomobillərinin sayı 797-dən 2 440-a, elektrik mühərrikli avtomobillərin sayı isə 220-yə yüksəlib.
