“Report” bu barədə Aqrar Sığorta Fonduna istinadən xəbər verir.
Məlumata görə, bunlar, 2024-cü illə müqayisədə müvafiq olaraq təxminən 2 dəfə az və 8,9 % çoxdur.
Azərbaycanda pambıq sahələrinin sığortası aprel ayında başlayır və may ayının sonuna qədər davam edir. Hazırda 20-yə yaxın rayonda 110 min hektara yaxın ərazidə pambıq becərilir. Tarlalarınıböyük hissəsi Mil-Muğan, Salyan-Şirvan və Mərkəzi Aran regionlarındadır. Ölkənin əsas pambıqçılıq rayonları: Saatlı – 12,6 min hektar, Ağcabədi – 11,8 min hektar, Sabirabad – 11,1 min hektar, Salyan – 9,7 min hektar, Beyləqan – 8,9 min hektar, Bərdə – 8,5 min hektar, Biləsuvar – 8,1 min hektar, İmişli – 7,9 min hektar, Neftçala – 7,2 min hektar, Yevlax – 3,3 min hektar, Zərdab – 3,1 min hektar, Tərtər – 2,8 min hektar, Ağdam – 2,4 min hektar, Goranboy – 2,0 min hektar, Kürdəmir – 1,1 min hektar və başqalarıdır. Hazırda ölkəmizdə 15 minə yaxın fermer pambıq əkini ilə məşğuldur.
2025-ci ildə Aqrar Sığorta Fondu 9 milyon 147 min manat sığorta ödənişi edib. Bu, 2024-cü illə müqayisədə 2,7 milyon manat və yaxud 43 % çoxdur.
Ötənilki ödənişlərin 8 milyon 753 min manatı bitkiçilik, 394 min manatı isə heyvandarlıq sığortasının payına düşüb, əsas hissəsi meyvə bağları – şaftalı, nektarin, badam, taxıl, qarğıdalı və sair bitkilərə aid olub.
Ümumilikdə, Fond 2020-ci ildə fəaliyyətə başlayandan indiyə qədər 22,6 milyon manat sığorta ödənişi verib.
