Aprel 22, 2026-18:26
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Bakıda Çernobıl AES-də baş vermiş qəzanın 40-cı ildönümü ilə bağlı tədbir keçirilib

2026:04:22 - 13:26
in SOSİAL
A A
Bakıda Çernobıl AES-də baş vermiş qəzanın 40-cı ildönümü münasibətilə tədbir keçirilib.

“Report” xəbər verir ki, tədbirdə Respublika Çernobıl Əliləri İttifaqı Birliyinin sədri Mirhəsən Həsənov, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Cəlil Xəlilov, Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli iştirak ediblər.

M.Həsənov bu faciənin tarixindən, Azərbaycan vətəndaşlarının həmin qəzanın nəticələrinin aradan qaldırılması ilə bağlı həyata keçirilən tədbirlərdə fəal iştirakından danışıb.

C.Xəlilov çıxışında qeyd edib ki, Azərbaycan dövləti tərəfindən Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasında iştirak edənlərə, xüsusilə bu zaman əlil olmuş şəxslərə daima diqqət və qayğı göstərilir.

R.İskəndərli də öz növbəsində faciədə sağlamlığını itirənlərin həyatının yaxşılaşdırılması üçün atıla biləcək addımlar barədə fikirlərini bölüşüb.

Tədbirin sonunda “Azərbaycan Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyinin (İB) sədri Mirhəsən Həsənov səsvermə nəticəsində növbəti dəfə İB-in sədri seçilib.

Xatırladaq ki, 1986-cı ildə Ukraynanın şimalındakı Pripyat yaxınlığında Çernobılda baş verən nüvə qəzası nəhəng humanitar faciəyə səbəb olmuşdu. Partlayış nəticəsində Ukrayna, Belarus və Rusiyada müxtəlif dərəcəli çirklənməyə səbəb olan çox sayda radioaktiv materiallar atmosferə buraxıldı. Bu, yüz minlərlə insanı yüksək səviyyədə radiasiyaya məruz qoyan və təxminən 350 min nəfəri radioaktiv çirklənməyə məruz qalmış ərazilərdən evlərini tərk etməyə məcbur edən ən ciddi nüvə qəzalarından biri idi. 31 nəfər dərhal həyatını itirdi, 4000-27000 arası insan radiasiyaya məruz qalma nəticəsində həlak oldu. Partlayış yerindən yüzlərlə kilometr kənar məsafədə yaşayan bir çox insan fəlakətdən sonra şüalanma səbəbindən xəstəlik tapıblar.

Əvvəlki Yazı

Əli Əsədov Astanada regional ekoloji sammitdə iştirak etdi

Növbəti Yazı

Səsi ilə sözə nəfəs verən ustad- Həsən Əbluc

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.