Aprel 25, 2026-23:04
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Azərbaycan-Latviya münasibətləri iqtisadi layihələr və qarşılıqlı fəaliyyətlə zənginləşdirilir 

2026:04:22 - 17:49
in SİYASƏT
A A

Azərbaycan Prezidenti İlham Əliyev ilə Latviya Prezidenti Edqars Rinkeviçs arasında Bakıda keçirilən görüş həm siyasi, həm də iqtisadi baxımdan diqqət çəkən məqamlarla yadda qaldı.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

Deputat əlavə edib ki, görüş zamanı tərəflər yalnız rəsmi bəyanatlarla kifayətlənməyib, real əməkdaşlıq istiqamətlərini də konkret şəkildə müzakirə ediblər. Bu isə onu göstərir ki, münasibətlər artıq formal çərçivədən çıxaraq daha praktik mərhələyə keçməkdədir.

“Prezident İlham Əliyevin çıxışında əsas vurğu əməkdaşlığın genişləndirilməsi və konkret nəticələr əldə olunması üzərində qurulmuşdu. Xüsusilə energetika, nəqliyyat, rəqəmsallaşma kimi sahələrin qeyd olunması təsadüfi deyil. Azərbaycan son illərdə bu istiqamətlərdə ciddi inkişaf edib və tərəfdaş ölkələrlə bu potensialı bölüşmək istəyir. Bu, həm də ölkənin regional logistika və enerji mərkəzi kimi rolunu gücləndirmək strategiyasının bir hissəsidir”, – deyə S.Mikayılova qeyd edib.

Deputat vurğulayıb ki, Latviya Prezidenti Edqars Rinkeviçsin çıxışı zamanı Bakının son 9 ildə tanınmaz dərəcədə dəyişdiyini deməsi Azərbaycanın keçdiyi inkişaf yoluna verilən açıq mesajdır. “Bu cür ifadələr diplomatik nəzakətdən əlavə, real iqtisadi və infrastruktur dəyişikliklərinin də göstəricisidir. Diqqət çəkən digər məqam Latviyanın Azərbaycanı “strateji tərəfdaş və dost” kimi xarakterizə etməsidir. Bu ifadə diplomatiyada təsadüfi işlədilmir və tərəflər arasında uzunmüddətli əməkdaşlıq niyyətini göstərir. Xüsusilə Avropa ilə münasibətlər fonunda bu cür yanaşma Azərbaycanın beynəlxalq mövqeyinin gücləndiyini göstərir. Rinkeviçsin nümayəndə heyətinin geniş tərkibdə olması barədə dedikləri də mühüm siqnaldır. Bu, sadəcə protokol səfəri deyil, real layihələrin və iqtisadi imkanların müzakirəsinə yönəlmiş işgüzar səfərdir. Yəni tərəflər konkret nəticələrə hesablanmış əməkdaşlıq qurmağa çalışırlar”, – deyə S.Mikayılova əlavə edib.

O bildirib ki, ümumilikdə bu səfər Azərbaycan-Latviya münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Siyasi dialoq artıq mövcuddur, indi əsas məsələ bu münasibətləri iqtisadi layihələr və qarşılıqlı investisiyalarla daha da dərinləşdirməkdir. Bu isə hər iki ölkə üçün həm regional, həm də beynəlxalq səviyyədə əlavə imkanlar yarada bilər.

Əvvəlki Yazı

Azərbaycan regional prosesləri yönləndirmək gücü olan aktorlardan biridir 

Növbəti Yazı

Azərbaycan və Latviya birbaşa uçuşların müzakirəsini planlaşdırır

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.