Aprel 25, 2026-18:02
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Siyasi şərhçi: Dövlət qulluğunda aparılan islahatlar idarəetmədə keyfiyyəti artırır

2026:04:22 - 18:00
in SİYASƏT
A A
Azərbaycanda dövlət qulluğu sistemi dövlət idarəçiliyinin institusional dayaqlarından biri olmaqla yanaşı, ictimai xidmətlərin təşkili, qanunvericiliyin icrası və dövlət siyasətinin həyata keçirilməsində əsas mexanizmidir. Bu sistemin fəaliyyəti hüquqi normalar, şəffaflıq prinsipləri və peşəkarlıq meyarları üzərində qurulub.

Dövlət qulluğunun hüquqi bazasını Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında” Qanunu təşkil edir. Qanuna əsasən, dövlət qulluğu dövlət orqanlarında peşəkar əsaslarla həyata keçirilən fəaliyyətdir və onun əsas prinsipləri qanunçuluq, şəffaflıq, bərabərlik, meritokratiya (hakimiyyət və idarəetmə funksiyalarının ən istedadlı, bilikli və bacarıqlı şəxslərə (layiqlilərə) verildiyi idarəetmə forması) və vətəndaşlara daha yaxşı xidmət kimi müəyyən olunub.

Xatırladaq ki, dövlət qulluğuna qəbul mərkəzləşdirilmiş qaydada həyata keçirilir və bu proses Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunur. Mövcud mexanizm test imtahanı və müsahibə mərhələlərindən ibarət olmaqla namizədlərin bilik və bacarıqlarının obyektiv qiymətləndirilməsinə imkan yaradır. Bu yanaşma dövlət aparatında peşəkar kadrların formalaşdırılmasını təmin edən əsas alətlərdən biri hesab olunur.

Statistik göstəricilərə əsasən, son illərdə dövlət qulluğuna qəbul prosesində iştirak edən namizədlərin sayı artmaqdadır. Bunu dövlət sektoruna marağın yüksəldiyini və sistemə etimadın gücləndiyini göstərən amillərdən biri kimi qiymətləndirmək olar. Eyni zamanda, qəbul prosesində tətbiq olunan elektron platformalar və rəqəmsal alətlər şəffaflığın təmin olunmasına əlavə imkanlar yaradır.

Dövlət qulluğu sisteminin əhəmiyyəti yalnız kadr seçimi ilə məhdudlaşmır. Bu sistem dövlət proqramlarının icrası, sosial-iqtisadi siyasətin reallaşdırılması və vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin artırılması baxımından mühüm rol oynayır. Dövlət qulluqçuları qərarların icra mərhələsində iştirak edərək dövlət və cəmiyyət arasında institusional əlaqəni təmin edirlər.

Siyasi şərhçi Ülviyyə Zülfüqar mövzu ilə bağlı AZƏRTAC-a açıqlamasında bildirib ki, Azərbaycanda dövlət qulluğunda həyata keçirilən islahatlar idarəetmədə keyfiyyət, çeviklik və nəticəyönümlülük prinsiplərinin daha da gücləndirilməsinə yönəlib.

Dövlət qulluğu sisteminin təkmilləşdirilməsi kompleks və mərhələli xarakter daşıyır

“Dövlət qulluğu sisteminin səmərəliliyini müəyyən edən əsas amillərdən biri institusional sabitlik və normativ-hüquqi bazanın müasir tələblərə uyğunlaşdırılmasıdır. Qanunvericiliyin təkmilləşdirilməsi, vəzifə bölgüsünün aydınlaşdırılması və məsuliyyət mexanizmlərinin gücləndirilməsi idarəetmədə effektivliyi artırmaqla yanaşı, qərar qəbuletmə prosesinin də daha səmərəli təşkilinə imkan yaradır. Digər mühüm amil insan kapitalının inkişafı ilə bağlıdır. Dövlət qulluğunda peşəkar kadr potensialının daha da gücləndirilməsi idarəetmənin keyfiyyətinə birbaşa təsir göstərən amillərdəndir. Bu kontekstdə davamlı təlim proqramları, beynəlxalq təcrübənin öyrənilməsi və innovativ idarəetmə bacarıqlarının formalaşdırılması xüsusi əhəmiyyət daşıyır”, – deyə siyasi şərhçi vurğulayıb.

O qeyd edib ki, rəqəmsallaşma və elektron xidmətlərin genişləndirilməsi də dövlət qulluğu sisteminin effektivliyini artıran əsas istiqamətlərdəndir. Elektron hökumət platformalarının inkişafı, xidmətlərin onlayn müstəviyə keçirilməsi və vətəndaşlarla dövlət qurumları arasında birbaşa təmasın minimuma endirilməsi operativliyi artırır və xidmət keyfiyyətinin yüksəldilməsinə xidmət edir.

Ülviyyə Zülfiqarın sözlərinə görə, aparılan islahatların vətəndaş məmnuniyyətinə təsiri xüsusilə xidmətlərin əlçatanlığı və keyfiyyəti kontekstində özünü göstərir. Vətəndaşların dövlət xidmətlərinə daha sürətli və rahat çıxışı onların gündəlik həyatına birbaşa müsbət təsir edir. Eyni zamanda, müraciətlərin baxılma müddətinin azalması və cavabdehlik səviyyəsinin artması dövlət-vətəndaş münasibətlərində etimad mühitini daha da dərinləşdirir.

“Azərbaycanda dövlət qulluğu sisteminin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar kompleks və mərhələli xarakter daşıyır. Şəffaflıq, peşəkarlıq və rəqəmsallaşma kimi əsas prioritetlər üzərində qurulan bu siyasət vətəndaş məmnuniyyətinin daha da artırılmasına və dövlət idarəçiliyinin keyfiyyətcə növbəti mərhələyə keçidinə xidmət edir. Azərbaycanda dövlət qulluğu sistemi hüquqi əsaslar üzərində qurulan, şəffaf və peşəkar kadr siyasətinə əsaslanan, eyni zamanda, ictimai xidmətlərin keyfiyyətinin artırılmasına yönəlmiş mühüm idarəetmə institutudur. Sistem daxilində aparılan islahatlar dövlət idarəçiliyinin müasir tələblərə uyğunlaşdırılmasına və vətəndaşlara göstərilən xidmətlərin səmərəliliyinin yüksəldilməsinə xidmət edir”, – deyə siyasi şərhçi vurğulayıb.

Əvvəlki Yazı

Yağıntılar intensivləşəcək, külək güclənəcək

Növbəti Yazı

Yunanıstan, Epaminondaların İİKK Hərbi Dəniz Qüvvələri tərəfindən saxlanıldığını təkzib edir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.