Amerika Birləşmiş Ştatları İsrailə ABŞ Prezidenti Donald Trampın İranda atəşkəsi 26 aprelə qədər uzatdığı barədə məlumat verib. Bu barədə Ynet portalı İsrail mənbəyinə istinadən məlumat yayıb.
Mənbə qeyd edib ki, İsrail tərəflərin 26 aprelə qədər razılığa gələ biləcəyini ehtimal etmir. Lakin Ynet xəbər verir ki, Tramp rəsmi olaraq yeni atəşkəs müddətini elan etməyib. Mənbə qeyd edir ki, ABŞ media orqanları əvvəllər atəşkəsin müddəti ilə bağlı ziddiyyətli məlumatlar dərc edib, əvvəlcə heç bir müddət göstərilməyib, daha sonra isə “üç-beş gün” təklif ediblər. (Tass)
