Aprel 23, 2026-15:24
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Mədəni soyqırımın sübutları: İrəvandan Qarabağadək silinən izlər

2026:04:23 - 12:21
in SİYASƏT
A A

Ermənistanın işğal dövründə Azərbaycanın tarixi-mədəni irsinə qarşı həyata keçirdiyi sistematik vandalizm beynəlxalq hüququn kobud pozuntusudur. Ermənistan öz ərazisində və işğal etdiyi torpaqlarda azərbaycanlılara məxsus dini-tarixi abidələri məqsədyönlü şəkildə dağıdıb və mənimsəyib. Xüsusilə Ağdam, Füzuli, Zəngilan və Cəbrayıl rayonlarında yüzlərlə Azərbaycan məzarlığı təhqir edilib, qəbirlər qazılıb və daşlar oğurlanıb. Bəzi tarixi məscidlərin donuz və inək saxlanılan yerlərə çevrilməsi dini hisslərin alçaldılması və ən ağır təhqir formasıdır. Ermənistan öz ərazisində də Şah Abbas və Sərdar məscidləri kimi XVI–XVIII əsrə aid abidələri məhv edərək azərbaycanlıların tarixi izlərini silib. Eyni zamanda, Alban məbədlərinin (Xudavəng, Gəncəsər və s.) erməniləşdirilməsi və saxtalaşdırılması mədəni təmizləmə siyasətinin bariz nümunəsidir. Bu vandalizm aktları 1954-cü il Haaqa Konvensiyası və 1972-ci il UNESCO Konvensiyası ilə qadağan edilən beynəlxalq cinayətlərdir. Roma Statutuna görə, tarixi və dini obyektlərin qəsdən dağıdılması müharibə cinayəti kimi təsnif edilir. Bu siyasət təkcə fiziki dağıntı deyil, həm də xalqın mənəvi yaddaşının və tarixi köklərinin məhv edilməsinə yönəlmiş mədəni soyqırım aktıdır. Beynəlxalq hüquqi sənədlərə əsaslanan bu faktlar, Ermənistanın Azərbaycan xalqının tarixi irsinə qarşı sistemli şəkildə nifrət və mədəni təmizləmə siyasəti yürütdüyünü sübut edir.

Qərbi Azərbaycan və İrəvan ərazisi ilə bağlı qeydlər: Mədəni irs, abidələr və toponimlər

Mövzu ilə bağlı AZƏRTAC-a açıqlama verən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli bildirib ki, son 200 il ərzində xalqımız müxtəlif deportasiya və soyqırımı ilə üzləşib. Bu dövr ərzində bölgədə davamlı gərginlik yaşanıb.

Deputatın sözlərinə görə, deportasiya və soyqırımıları nəticəsində mədəni irsimiz, tarixi abidələrimiz, toponimlərimiz və milli dəyərlərimiz müxtəlif dövrlərdə dəyişikliklərə və zərərə məruz qalıb.

“Qərbi Azərbaycan ərazisində 734 qəbiristanlığın monitorinqi aparılıb və onlardan 201-i üzrə nəticələr sənədləşdirilib. Bu qəbiristanlıqlardan 12-nin üzərindən asfalt yollar çəkilib, 16 qəbristanlıq üzərində yaşayış evləri tikilib, 56-sı əkin sahəsinə çevrilib, 6-sında yenidən dəfn aparılaraq erməni qəbristanlığına çevrilib. Bundan əlavə, 67 qəbristanlıqda vandalizm halları qeydə alınıb, 4-ü sənaye obyektlərinə çevrilib, 5-də hərbi istehkam işləri aparılıb, 32-də tikinti işləri görülüb və 3-də su anbarı inşa edilib.

Digər bir fakt: 1829-cu ildə rus məmuru İvan Şopen İrəvan şəhərində 12 məscid qeydə alıb, bu gün o məscidlərdən yalnız Göy məscidin bir hissəsi qalır, onun da mənşəyi dəyişdirilib.

Bu yaxınlarda daha bir dəhşətli faktın şahidi olduq: İrəvan şəhərindəki Təpəbaşı məscidi şərabxanaya çevirilib.

İndi ölkələrimiz arasında sülh danışıqları gedir. Azərbaycanda hər kəs istəyir ki, bölgədə əmin-amanlıq yaransın. Amma Ermənistandakılar hələ də revanşist düşüncələrlə, “Böyük Ermənistan” mifi ilə yaşayırsa, Azərbaycanı ənənəvi böhtanlarla suçlamağa çalışırsa, onda 200 il ərzində xalqımıza qarşı törətmiş olduqları cinayətlərin də haqq-hesabını verməli olacaqlarını yaddan çıxarmasınlar. Qərbi Azərbaycan İcması olaraq, biz bu cinayətlərin hər biri ilə bağlı dəlil-sübutları masa üzərinə qoymağa hazırıq”, – deyə Ə.Ələkbərli əlavə edib.

Əvvəlki Yazı

Komitə sədri: Paytaxtın köçürülməsi məqsədə uyğun deyil

Növbəti Yazı

Prezident Azərbaycan Ağsaqqallar Şurasının IX Qurultayının iştirakçılarına müraciət ünvanlayıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.