Aprel 24, 2026-15:22
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Deputat: Azərbaycan regional və qlobal dialoqda ön sırada yer alır

2026:04:23 - 17:34
in SİYASƏT
A A

Antalya Diplomatiya Forumunda Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ölkəmizin bu platformada siyasi nüfuzunu təsdiqləyib, həmçinin ölkəmizin bölgədəki mühüm rolunu, Türk dünyasına dəstəyini, beynəlxalq proseslərdə aktivliyini bir daha sərgiləyib. Yəni, Azərbaycan həm regional, həm qlobal dialoqda ön sırada yer alır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Günay Əfəndiyeva deyib.

“Düşünürəm ki, Foruma Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın qatılması ölkəmizin genişmiqyaslı diplomatiyasının bütün dünyaya kompleks şəkildə təqdim olunmasıdır. Bu, dövlətimizin həm siyasi gücünün, həm də mədəni-humanitar strategiyasının vəhdətini simvolizə edir. Belə ki, dövlətimizin başçısının beynəlxalq aləmdə yürütdüyü qətiyyətli, prinsipial siyasəti, müdrik diplomatiyası və birinci xanım Mehriban Əliyevanın beynəlxalq platformalarda mədəniyyətlərarası dialoqu təşviq edən fəaliyyəti bir-birini tamamlayaraq Azərbaycanın çoxşaxəli xarici siyasətini nümayiş etdirir”, – deyə deputat bildirib.

O vurğulayıb ki, dövlətimizin başçısının Forum çərçivəsində keçirilən görüşləri Avropa, Yaxın Şərq, Türk dünyası, eləcə də bütöv İslam dünyası üzrə ölkəmizin xarici siyasətini əks etdirib. “Prezident İlham Əliyevin Türkiyə və Şimali Kipr prezidentləri ilə ikitərəfli görüşləri Azərbaycanın öz diplomatik xəritəsində “qardaşlıq xətti”ni ayrıca bir istiqamət kimi qoruyub saxladığının nümunəsidir. Bu təmaslar, Azərbaycanın milli maraqlarına uyğun olaraq, tarixi və mədəni əlaqələr üzərindən siyasi münasibətləri inkişaf etdirdiyini bir daha vurğulayıb. Əlbəttə, ölkəmizin strateji tərəfdaşlığı İslam dünyası çərçivəsində də vacib əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin Pakistanın Baş nazir Məhəmməd Şahbaz Şəriflə görüşünü iki ölkənin din birliyi ilə yanaşı, siyasi, hərbi və iqtisadi sahələrdə qarşılıqlı dəstəyə əsaslanan münasibətlərinin davamı kimi qiymətləndirə bilərik. Bununla yanaşı, dövlətimizin başçısı İslam dünyasının digər ölkəsi – Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə də görüş keçirib. Suriyada baş verən dəyişikliklərdən sonra iki ölkə arasında əlaqələrin inkişafı, eləcə də enerji sahəsində əməkdaşlığın önəmi vurğulanıb. Bu, ölkəmizin konstruktiv mövqeyinin, regionda yürütdüyü çevik diplomatiyanın, işbirliyi perspektivlərinə açıq olmasının göstəricisidir. Həmçinin enerji sahəsində Azərbaycanın tərəfdaşlığı və dəstəyi Moldova Prezidenti Maya Sandu ilə baş tutan görüşdə də yüksək dəyərləndirilib”, – deyə G.Əfəndiyeva bildirib.

 

Əvvəlki Yazı

Lənkəran Dövlət Universitetinə rektor təyin olundu

Növbəti Yazı

ŞƏRH Laçın sərhəd-buraxılış məntəqəsinin qurulması Azərbaycan Prezidentinin qətiyyətli siyasətinin nəticəsi idi 

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.