Amerikalı radio aparıcısının Hindistanı “planetin cəhənnəm yuvası” adlandırdığı və ABŞ Prezidenti Donald Tramp tərəfindən yenidən paylaşılan məqalədəki ifadələr yersizdir və Yeni Dehli ilə Vaşinqton arasındakı real münasibətləri əks etdirmir. Bu barədə Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Randhir Caysvalın açıqlamasında bildirilib.
“Bu ifadələr açıq-aydın məlumatsız, yersiz və xoşagəlməzdir. Onlar, şübhəsiz ki, uzun müddətdir qarşılıqlı hörmətə və ortaq maraqlara əsaslanan Hindistan və ABŞ arasındakı münasibətlərin reallığını əks etdirmir”, – deyə Ceysval qeyd edib.
Sözügedən məqalə Trampın Truth Social-da paylaşdığı məqalə idi. Orada Amerika radio aparıcısı Maykl Sevajın ABŞ-da doğum hüququ ilə vətəndaşlıq sistemini tənqid edən açıqlamalarına istinad edilirdi. Məqalədə o, Hindistan da daxil olmaqla bir neçə ölkəni “planetin cəhənnəm yuvaları” adlandırıb. (Tass)
