Polşanın Baş naziri Donald Tusk hücum halında ABŞ-ın onun və ya digər Avropa ölkəsinin köməyinə gələcəyinə şübhə ilə yanaşdığını bildirib.
Tusk Britaniyanın “Financial Times” qəzetinə verdiyi müsahibədə bildirib ki, “Vaşinqton Polşanı Avropadakı ən yaxşı və ən yaxın müttəfiqi hesab edir. Amma mənim üçün əsl problem, bir şey baş verərsə, bunun praktikada necə görünməsidir”. “İnanmaq istəyirəm ki, [Şimali Atlantika Müqaviləsinin 5-ci maddəsi] hələ də tətbiq olunur, amma bəzən, əlbəttə ki, bəzi şübhələrim olur”, o əlavə edib. “Mən bu qədər pessimist olmaq istəmirəm, amma bu gün bizə həm də praktik kontekst lazımdır”.
Tusk izah edib ki, bu şübhələri sentyabr ayında Polşa hava məkanına daxil olan iyirmi dörd naməlum dronla bağlı hadisədən sonra yaranıb. Polşa baş naziri etiraf etdi ki, tərəfdaşlarını Varşavanın fikrincə, bunun təsadüf deyil, “Rusiya təxribatı” olduğuna inandırmaqda çətinlik çəkir.
Tusk həmçinin bildirib ki, Rusiya illər ərzində deyil, yaxın bir neçə ay ərzində “Avropaya hücum edə” bilər. (Tass)
