Aprel 24, 2026-17:01
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Qazaxda şair Barat Vüsalın 75 illik yubileyi: “Yaxşı ki, Qazaxın Baratı varmış”

2026:04:24 - 10:47
in MƏDƏNİYYƏT
A A

Qazax sazın və sözün qüdrəti ilə tanınan bölgələrdən biri kimi tarixən öz sözünü deməyi bacarıb. Tarixi şəxsiyyətləri, Xalq şairləri, yazıçıları, aşıq və ozan sənətinin görkəmli nümayəndələri ilə bu diyar yaxın-uzaqda şöhrət qazanıb. Burada sözə verilən dəyər, saza göstərilən ehtiram hər zaman yüksək olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, söz və sənət mühitinin beşiyi sayılan Qazaxda Azərbaycan Yazıçılar Birliyinin Qazax bölməsinin sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsalın 75 illik yubileyi münasibətilə “Yaxşı ki, Qazaxın Baratı varmış” adlı ədəbi-bədii gecə keçirilib.

Qazax Rayon İcra Hakimiyyəti və AYB-nin Qazax bölməsinin birgə təşkilatçılığı ilə Qazax Ədəbiyyat Muzeyində keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Milli Məclisin deputatları Səməd Seyidov və Ülviyyə Ağayeva, ziyalılar və ədəbiyyatsevərlər iştirak ediblər.

Əvvəlcə iştirakçılar Barat Vüsala həsr olunmuş muzey guşəsi ilə tanış olublar. Tədbirdə Ümummilli Liderin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra yubilyara həsr edilmiş film nümayiş etdirilib.

Ədəbi-bədii gecədə çıxış edən rəsmi şəxslər, incəsənət nümayəndələri və ziyalılar şairi yubiley münasibətilə təbrik edib, ona xoş arzularını çatdırıblar. Tədbirdə şairlər, Qazax Dövlət Dram Teatrının aktyorları, aşıqlar və məktəblilər yubilyara həsr olunmuş şeirlər səsləndiriblər.

Sonda Barat Vüsala rayonun ictimai həyatında fəal iştirakına və anadan olmasının 75 illiyi münasibətilə Qazax Rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanı və hədiyyə təqdim olunub.

Əvvəlki Yazı

Medvedçuk: Aİ-nin 90 milyard avroluq krediti Ukraynanın bütün ehtiyaclarını ödəməsinə kömək etməyəcək

Növbəti Yazı

Tusk ABŞ-ın NATO daxilində təhlükəsizlik zəmanətlərinə şübhə ilə yanaşır

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.