Aprel 26, 2026-8:13
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Tariyel Ömərov: İndiyədək ölkəmizdə 10 mindən çox müxtəlif növ bariatrik əməliyyat aparılıb

2026:04:25 - 16:18
in SOSİAL
A A

Ölkəmizdə artıq 13-cü ildir ki, müxtəlif növ bariatrik-metabolik cərrahi əməliyyatlar həyata keçirilir. El arasında buna mədəkiçiltmə əməliyyatı deyilir, lakin əslində bu, müxtəlif bariatrik-metabolik cərrahi əməliyyat prosedurlarından biridir. Bu günə qədər artıq 10 mindən çox müxtəlif növ bariatrik əməliyyat aparılıb. Baxmayaraq ki, 2013-cü ildə biz tək bir mərkəzlə başlamışdıq, lakin hazırda 12 mərkəzdə bu cür əməliyyatlar aparılır.

Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Bariatrik Metabolik Cərrahlar Assosiasiyasının sədri Tariyel Ömərov deyib.

O, fikirlərinə belə davam edib: “Önəmli göstəricilərdən biri də budur ki, biz tək əməliyyatların aparılması ilə məşğul olmuruq. Eyni zamanda, beynəlxalq sferada ölkəmizi təmsil edən çıxışlar, məqalələr, kitablar, tezislər yazırıq. Ölkəmizdə aparılan əməliyyatların elmi əsaslandırılmasını təqdim edirik. Həmçinin dünyada bu sahədə görülən yüksək işlərə və trendlərə görə də mütləq şəkildə beynəlxalq konfransların ölkəmizə gəlməsinə, paytaxtımızın belə əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsinə şərait yaradırıq. Bugünkü tədbir də üç mühüm hissədən ibarətdir: 7-ci Beynəlxalq Bariatrik-Metabolik cərrahiyyə və Metabolik xəstəliklər konqresi, 3-cü Xəzər dənizi ətrafı dövlətlərin Bariatrik Cərrahiyyə konfransı və 5-ci Türkdilli xalqların Bariatrik Cərrahiyyə konfransı. Tədbirdə Azərbaycanla yanaşı, 9 ölkə 37 beynəlxalq çıxışçı ilə təmsil olunur. Burada Türkiyə, Qazaxıstan, Özbəkistan, İran, Rusiya, Gürcüstan, Almaniya, Böyük Britaniya, ABŞ-dən olan mütəxəssislər, beynəlxalq bariatrik metabolik, piylənmə ilə mübarizə assosiasiyalarının sədrləri iştirak edirlər. Ümumilikdə, 75-ə yaxın xarici qonağımız var. Konfransda, eyni zamanda, Azərbaycanda fəaliyyət göstərən, piylənməyə multidisiplinar yanaşmada xüsusi rolu olan endokrinologiya, kardiologiya, reanimasiya, diyetologiya assosiasiyalarının da iştirakı etdiyi elmi panellər təşkil olunub. Düşünürük ki, bu konfrans da digərləri kimi ölkəmizdə, səhiyyəmizdə bariatrik-metabolik cərrahiyyənin fundamental əsaslarla irəli getməsində xüsusi rol oynayacaq”.

Bariatrik əməliyyatlara göstərişlərdən bəhs edən mütəxəssis bunun beynəlxalq protokollara əsaslandığını diqqətə çatdırıb. Qeyd olunub ki, əməliyyat bədən kütlə indeksi 35-dən çox olan, idman, diyetdən effekt ala bilməyən və piylənmənin özü ilə gətirdiyi hər hansı bir yanaşı gedən xəstəliklərdən – diabet, qaraciyər yağlanması, ürək-damar sistemi xəstəliklərdən əziyyət çəkən xəstələr üzərində aparılır: “Lakin bədən kütlə indeksi 35-dən az olan pasiyentlər “mən pəhriz saxlayıram, ancaq arıqlaya bilmirəm” desə də əməliyyat etmək olmaz. Əlbəttə ki, həmin əməliyyatların özünə görə böyük riskləri var. 120 kiloqram çəkisi olan xəstənin ürək-damar sistemi, ağciyəri və ya digər orqanları 60-70 kiloqramlıq bir insan kimi aktiv deyil. Ona görə də mütləq şəkildə həmin xəstələri əməliyyata hazırlamaq, əməliyyat göstəricilərini formalaşdırmaq lazımdır. Birinci növbədə, əsasən ağciyərlərin spirometrik göstəricilərini və ürək-damar sisteminin funksional aktivliyini normallaşdırır, sonra əməliyyat edirik. Əməliyyat olunmuş xəstə sintetik karbohidratlardan imtina etdiyi müddətdə heç vaxt yenidən çəki almayacaq”.

Əvvəlki Yazı

Azərbaycan xalça və xalça məmulatları istehsalını 22 dəfəyə yaxın artırıb

Növbəti Yazı

Deputat: Ukrayna Prezidentinin Azərbaycana səfəri əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətlidi

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.