Aprel 26, 2026-17:59
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Dünyada piylənmədən əziyyət çəkənlərin sayının artması metobolik cərrahiyyənin inkişafını tələb edir

2026:04:25 - 17:57
in SOSİAL
A A

Aprelin 25-də Azərbaycan Bariatrik Metabolik Cərrahlar Assosiasiyasının təşkilatçılığı ilə 7-ci Beynəlxalq bariatrik-metabolik cərrahiyyə və metabolik xəstəliklər konqresi keçirilib. Konqres zamanı 3-cü Xəzər dənizi ətrafı dövlətlərin Bariatrik cərrahiyyə konfransı və 5-ci Türkdilli xalqların Bariatrik cərrahiyyə konfransı da təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə 10 ölkədən – Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, İran, Rusiya, Gürcüstan, Almaniya, Böyük Britaniya və ABŞ-dən olan mütəxəssislər, beynəlxalq bariatrik metabolik, piylənmə ilə mübarizə assosiasiyalarının sədrləri iştirak ediblər.

Dövlət Himnimizin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edən səhiyyə nazirinin müavini Nadir Zeynalov bariatrik, o cümlədən metabolik cərrahiyyənin cərrahiyyənin nisbətən yeni bir istiqaməti olduğunu, keçən əsrin 60-cı illərindən tətbiq olunmasına başlandığını diqqətə çatdırıb. Qeyd olunub ki, 90-cı illərdən başlayaraq bariatrik əməliyyatlar daha geniş vüsət aldı ki, bu da cərrahiyyəyə laparoskopik texnologiyanın gəlişi ilə bağlı olub. XXI əsrdə laparoskopik icra edilən bariatrik və metabolik cərrahiyyə artıq cərrahiyyə elminin və gündəlik praktikanın rutin istiqamətidir. Bu istiqamətdə əsas hədəf kütləsi artıq bədən çəkisi olan insanlardır.

Nazir müavini bariatrik və metabolik əməliyyatların pasiyentlərin müalicəsində və onların həyatında tamamilə yeni bir səhifə açdığını, bundan sonra onların daha uzun, daha sağlam və daha gözəl bədənlə yaşaya bildiklərini qeyd edib: “Çox vacib məqam ondan ibarətdir ki, həmin pasiyentlər bariatrik-metabolik əməliyyatlardan sonra vaxtından əvvəl ölüm faizi ilə daha az rastlaşırlar, yəni vaxtından əvvəl – preterm ölümlərin qarşısı 30-50 faiz hallarda alınır. Bu da ictimai səhiyyə üçün çox vacib məqamdır”.

Öz çıxışında piylənmənin əsrimizin bəlası olduğunu vurğulayan Azərbaycan Bariatrik Metabolik Cərrahlar Assosiasiyasının sədri Tariyel Ömərov hazırda dünya əhalisinin 30 faizdən çoxunun piylənmə və artıq çəki ilə mübarizə apardığını bildirib: “Təəssüf hissi ilə qeyd edirəm ki, Dünya Piylənmə Atlasının 2024-cü ildə yayımladığı hesabata görə, ölkəmizdə yaşlı əhalinin 33 faizi piylənmədən əziyyət çəkir. Həmin rəqəmin 2035-ci ilə qədər daha 2.5 faiz artacağı ehtimal olunur”.

Azərbaycan Tibb Universitetinin prorektoru Məlahət Sultanova, Milli Məclisin Səhiyyə komitəsinin üzvləri – Rəşad Mahmudov, İlham Məmmədov, Müşfiq Məmmədli səhiyyə sahəsində aparılan ciddi islahlatlardan bəhs edib, tibb işçilərinin dünyada gedən yeniliklərə uyğun olaraq üzərilərində çalışdıqlarını bildiriblər. Diqqətə çatdırılıb ki, hazırda metabolik xəstəliklər sadəcə müalicə cəhətdən deyil, preventiv sahədə də tibbin qarşısına çıxan ən böyük problemlərdən biridir. Dünyada və ətraf mühitdə baş verənlər, o cümlədən stres, qeyri-düzgün qidalanma fonunda artıq uşaq yaşlarından metobolik xəstəlik riskinin yarandığı qeyd olunub. Bildirilib ki, dünyada piylənmədən əziyyət çəkənlərin sayının artması metobolik cərrahiyyənin inkişafını, metabolik xəstəliklərə diqqətin artırılmasını tələb edir. Bu cür tədbirlərin səhiyyədə aparılan islahatların davamı olduğunu vurğulayan natiqlər onun təcrübə mübadiləsi, bilik və bacarıqların artırılmasına xidmət edəcəyini deyiblər.

Tədbir panel müzakirələrlə davam edib.

Əvvəlki Yazı

Azərbaycanın tarixi abidələrinə qarşı vandalizm nümunələri onun beynəlxalq-hüquqi mahiyyəti

Növbəti Yazı

Netanyahu Hizbullah hədəflərinə kütləvi zərbələr endirməyi əmr etdi

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.