Aprel 26, 2026-16:28
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Azərbaycanın tarixi abidələrinə qarşı vandalizm nümunələri onun beynəlxalq-hüquqi mahiyyəti

2026:04:25 - 17:51
in SİYASƏT
A A

.Azərbaycana qarşı vandalizm siyasətinin dərin mahiyyəti beynəlxalq hüquqi sənədlərdə öz əksini tapıb. İlk növbədə tarixi-mədəni izlərin məqsədli şəkildə silinməsi, Azərbaycan xalqının həmin ərazilərdə çoxəsrlik mövcudluğunu təsdiqləyən sübutların aradan qaldırılması və bununla bağlı həm beynəlxalq ictimaiyyətdə, həm də yeni nəsillər arasında saxta təsəvvürlərin yaradılması cəhdi kimi qiymətləndirmək olar. Mədəni irsin məqsədli şəkildə dağıdılması təkcə maddi abidələrin məhvi deyil, həm də kollektiv yaddaşın, tarixi bağlılığın və legitimliyin hədəfə alınmasıdır. Bu aktlar milli və dini mənsubiyyətə görə insanların mənəvi dəyərlərinə, eləcə də tarixi torpaqlarda yaşamaq hüququna yönəlmiş qəsd kimi xarakterizə olunur.

Bu sözləri AZƏRTAC-a açıqlamasında AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun direktoru Fərhad Quliyev söyləyib.

O bildirib ki, beynəlxalq sənədlərdə də mədəni irsin qəsdən məhv edilməsinin insan ləyaqəti və insan hüquqları üçün ağır nəticələr doğurduğu vurğulanır. Eyni zamanda, dini və mədəni abidələrin yalnız dağıdılması deyil, onların kimliyinin dəyişdirilməsi cəhdləri də müşahidə olunur. Məsələn, İrəvandakı Göy məscid buna nümunədir. Qarabağda da islam dövrünə aid abidələrin kimliyinin dəyişdirilməsi və saxta tədqiqatlarla onların azərbaycanlılara aid olmadığının iddia edilməsi halları mövcud olub. Əgər dini və mədəni abidələr təhqiredici formada istifadə edilibsə və ya ilkin təyinatından çıxarılıbsa, bu, 1954-cü il Haaqa Konvensiyasına əsasən mədəni sərvətlərə hörmət öhdəliyinin və beynəlxalq humanitar hüququn pozuntusu kimi qiymətləndirilə bilər.

 

“Haaqa Konvensiyası tarixi abidələrə və ibadət yerlərinə qarşı düşmənçilik hərəkətlərini qadağan edir. Buna görə də belə davranışlar həm vandalizm, həm də beynəlxalq hüququn pozulması kimi qəbul olunur. İşğaldan azad edilmiş ərazilərdə bu cür cinayət əməlləri sənədləşdirilib, məscid və türbələrin hətta təsərrüfat məqsədləri üçün istifadə edildiyi foto və videomateriallarla təsdiqlənib. Məzarlıqlara qarşı vandalizm isə ölülərin xatirəsinə, ailələrin mənəvi hüquqlarına və xalqın tarixi davamlılığına yönələn müdaxilədir. Qəbirlərin dağıdılması və qəbiristanlıqların məhv edilməsi həmin ərazilərdə tarixi varlığın izlərinin silinməsinə xidmət edir. Beynəlxalq hüquq və məhkəmə təcrübəsində qəbiristanlıqlar mədəni irsin və qrup kimliyinin mühüm elementi kimi qəbul olunur. İbadət yerləri, məzarlıqlar və türbələr sadəcə memarlıq obyektləri deyil, həm də mənəvi və tarixi kimliyin daşıyıcılarıdır”,- deyə dosent F.Quliyev vurğulayıb.

Tarix üzrə fəlsəfə doktorunun sözlərinə görə, UNESCO-nun 2003-cü il Bəyannaməsi də mədəni irsin qəsdən məhv edilməsinin insan ləyaqətinə və hüquqlarına mənfi təsir göstərdiyini vurğulayır.1995-ci ildə ABŞ-li arxeoloq Philip Kohl də indiki Ermənistan ərazisində müsəlman abidələrinin azlığını və onların tədqiq olunmamasını məqsədli siyasət kimi qiymətləndirilib. Bu siyasətin mahiyyətində isə azərbaycanlılara qarşı nifrət və onların tarixi izlərinin silinməsi məqsədi daşıyan ksenofob yanaşma dayanıır

 

 

Əvvəlki Yazı

WUF13 ərəfəsində Azərbaycanın bir sıra şəhərlərində silsilə tədbirlər təşkil olunacaq

Növbəti Yazı

Dünyada piylənmədən əziyyət çəkənlərin sayının artması metobolik cərrahiyyənin inkişafını tələb edir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.