Aprel 26, 2026-18:02
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

İsmayıllı məktəblilərinin Qəbələ Dövlət Tarix-Bədii Qoruğuna ekskursiyası yaddaqalan olub

2026:04:26 - 12:28
in SOSİAL
A A

İsmayıllı şəhər Eldar Məmmədov adına 3 nömrəli məktəb-liseyin müəllim və şagird kollektivi Qəbələ Dövlət Tarix-Bədii Qoruğuna səfər edib, qədim Albaniyanın tarixi mərkəzi ilə tanış olub, burada aşkar edilən eksponatlar haqqında ətraflı məlumat toplayıblar.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Dövlət Tarix-Bədii Qoruğundan məlumat verilib.

Bildirilib ki, qoruğu ziyarət edən şagird və müəllimlər ilk öncə qoruq ərazisində yerləşən Qəbələ Arxeoloji Mərkəzinə baxış keçiriblər. Mərkəzin sərgi salonlarında ziyarətçilər üçün nümayiş olunan tarixi eksponatlarla tanış olan məktəblilərə respublikada yeganə olan bu mərkəzin təşkil edilməsi, fəaliyyəti, həmçinin SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının gördüyü işlər barədə geniş məlumat verilib. Məktəblilərə Qəbələ Arxeoloji Mərkəzinin sərgi salonlarında ziyarətçilər üçün nümayiş olunan tarixi eksponatlarla yanaşı, Qəbələnin tarixi, etnoqrafiyası və folkloru haqqındakı kitablar toplusu barədə də məlumat verilib. Eyni zamanda, onlara qoruq ərazisində aparılmış arxeoloji qazıntıların nəticələri olan “Qəbələ arxeoloji ekspedisiyası: Hesabatlar və tapıntılar” və Qəbələ rayon şəhidlərinə həsr olunmuş “Qəbələ şəhidləri” kitab guşələri ilə də tanışlıq imkanı yaradılıb.

Daha sonra Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun Səlbir və Qala ərazilərinə səfər edən ziyarətçilər həmin yerlərdə aparılmış arxeoloji qazıntı sahələrinə baxış keçirib, aşkar edilmiş maddi mədəniyyət nümunələri ilə yaxından tanış olublar.

Əvvəlki Yazı

Əbədiyyətə çevrilən ədib ömrü

Növbəti Yazı

Azərbaycanla Serbiya arasında ikitərəfli əməkdaşlıq müzakirə edilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.