“Report” xəbər verir ki, M. Babayev bu barədə “X” sosial şəbəkə hesabında yazıb.
“Serbiyanın ətraf mühitin mühafizəsi naziri Sara Pavkov ilə konstruktiv fikir mübadiləsi apardıq”, – o bildirib. M.Babayev əlavə edib ki, COP31 ərəfəsində ikitərəfli əməkdaşlığın gücləndirilməsini və iqlim prosesləri üzrə perspektivlər müzakirə olunub:
“Serbiyanın qarşıdan gələn 2027-ci il Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi etməsi bu qlobal məqamın davamlı əhəmiyyətini əks etdirir. Bu ilin iyununda Azərbaycanda keçiriləcək WED2026 (BMT-nin Ətraf Mühit Proqramının təşkil etdiyi Ümumdünya Ətraf Mühit Günü), ev sahibi ölkələr arasında davamlılıq və ortaq təcrübənin artıq formalaşması ilə təbii bir əlaqə nöqtəsi təqdim edir”.
