Aprel 26, 2026-18:00
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Azərbaycan Rusiya və Ukrayna arasında sülh üçün platforma rolunu oynaya bilər

2026:04:26 - 14:39
in SİYASƏT
A A

Cari il aprelin 25-də Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana səfəri və Prezident İlham Əliyev ilə Qəbələdə keçirilən görüşlər iki ölkə arasındakı münasibətlərin gələcək inkişaf trayektoriyasını müəyyənləşdirmək baxımından tarixi əhəmiyyət daşıyır. Bu səfər sıradan diplomatik hadisə deyil. Xüsusilə Rusiya-Ukrayna müharibəsinin, Amerika Birləşmiş Ştatları-İsrail-İran münaqişəsinin davam etdiyi, Yaxın Şərqdə gərginliyin pik həddə çatdığı və qlobal nizamın yenidən formalaşdırılmağa başlandığı bir dövrdə Ukrayna Prezidentinin Azərbaycana səfəri, imzalanan sənədlər və verilən bəyanatlar həm geosiyasi gündəmdə, həm də ikitərəfli münasibətlərdə ciddi dəyişikliklərin baş verdiyini göstərir. Bu dinamikanın əsas hərəkətverici qüvvəsi isə, şübhəsiz ki, Azərbaycandır. İki ölkə arasında münasibətlərin bu səviyyədə inkişafı və konkret nəticələrin əldə olunması Azərbaycanın ardıcıl siyasəti və Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi sayəsində mümkün olub.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Azay Quliyev söyləyib.

O bildirib ki, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, son dörd il ərzində prezidentlər səviyyəsində yeddi görüşün keçirilməsi, 2022-ci ilin yanvarında dövlətimizin başçısının Kiyevə rəsmi səfəri, aprelin 25-də Zelenskinin ölkəmizə səfəri Azərbaycan–Ukrayna münasibətlərinin intensiv və sistemli xarakter aldığını nümayiş etdirir.

“Rusiya-Ukrayna müharibəsi başlayanda bir çox postsovet ölkələrindən fərqli olaraq Azərbaycan passiv və gözləmə mövqe tutmadı. Əksinə uzun illər müdafiə etdiyi beynəlxalq hüququn prinsiplərinə sadiq qalaraq Ukraynanın ərazi bütövlüyünü və suverenliyini açıq şəkildə dəstəklədi. İşğalın və humanitar fəlakətin nə demək olduğunu öz təcrübəsindən bilən Azərbaycan dövləti Ukrayna xalqına, müharibədən zərər çəkən mülki əhaliyə genişmiqyaslı humanitar yardım göstərdi, ukraynalı uşaqları Bakıya gətirərək onların reabilitasiyasını təşkil etdi. Bununla da, ölkəmiz həm prinsipial mövqeyini qorudu, həm də beynəlxalq arenada müstəqil və etibarlı tərəfdaş kimi nüfuzunu daha da möhkəmləndirdi və “orta güc” statusunu praktik şəkildə təsdiqlədi. Azərbaycan yeganə dövlətdir ki, hazırda dünyanın bir nömrəli siyasi və təhlükəsizlik gündəmini zəbt edən bütün ölkələrlə – ABŞ, İsrail, Rusiya, İran və Ukrayna ilə əlaqələrini unikal formada qurub. Həmin ölkələrlə münasibətdə həm milli maraqlarını ən yüksək səviyyədə təmin edir, həm də bir-birinə düşmən ölkələr arasında açıq tərəf tutmadan öz müstəqilliyini və dəyərlərini qoruya bilir. Bu isə müasir beynəlxalq münasibətlər sistemində nadir rast gəlinən unikal nailiyyətdir”,- deyə A. Quliyev vurğulayıb.

Volodimir Zelenskinin Azərbaycana səfərinin iki ölkə arasında iqtisadi, enerji və humanitar sahədə əməkdaşlığın dərinləşməsi baxımından xüsusi əhəmiyyətini qeyd edən deputat əlavə edib ki, bu səfərin iki mühüm nəticəsi oldu. “Birincisi, Azərbaycan və Ukrayna arasında hərbi və müdafiə sahəsində yeni əməkdaşlıq mərhələsinin başlanmasıdır. Söhbət müasir müharibə təcrübəsinə malik iki ölkədən gedir. Biri dünyada ilk dəfə dron müharibəsini başlayan, cəmi 44 günə ərazilərini işğaldan azad edən Azərbayacan, digəri isə 4 ildir dron və raket hücumlarını dəf etməklə güclü müdafiə təcrübəsi toplamış, dronlara qarşı effektiv mübabizə sistemi yarada bilmiş Ukrayna. Demək ki, hər iki ölkənin hərbi təcrübəsi və birgə əməkdaşlığı müdafiə sənayesində çox böyük yeniliklərin yaranmasına səbəb ola və gələcəkdə işağala və təvavüzə məruz qalan ölkələrin etibarlı müdafiəsinə, bütövlükdə dünyanın təhlükəsziliyinə ciddi töhvə vermiş olar. İkincisi, Azərbaycan Rusiya-Ukrayna müharibəsinin başa çatmasında və ya qan tökülməsinin uzun müddət dayandırılmasında vasitəçi ola, sülh üçün platforma rolunu oynaya bilər. Prezident Zelenskinin Qəbələdə “Moskva istəsə Ukrayna-Rusiya danışıqları Bakıda keçirilə bilər və biz buna hazırıq” deməsi bu məsələni real ola biləcəyinə açıq işarədir. Çünki son 4 ildə bir çox ölkələr danışıqlara ev sahibliyi etsə də, ciddi nəticələr əldə edilmədi, bir çox ölkələrin isə vasitəçilik təklifləri tərəflərin ən azı biri tərəfindən qəbul olunmadı. Azərbaycanın indiyə qədər mövcud olan danışıqlar platformalarından daha effektiv və nəticəyönümlü məkan olması mümkündür”, – deyə o diqqətə çatdırıb.

Əvvəlki Yazı

“Qəhrəmanlıq zirvəsi” kitabı nəşr olunub

Növbəti Yazı

Xocalı rayonu sakini minaya düşüb, ayağından xəsarət alıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.