Aprel 27, 2026-23:24
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

“Sülh və Barışıq üçün Gernika mükafatı” Prezident İlham Əliyevin sülhə xidmətlərinin beynəlxalq qiymətləndirilməsidir

2026:04:27 - 15:08
in SİYASƏT
A A

“Sülh və Barışıq üçün Gernika mükafatı” münaqişələrin həllinə və dialoqun gücləndirilməsinə töhfə verən siyasi və ictimai liderlərə verilən nüfuzlu beynəlxalq mükafatdır.

Mükafatın yaranma fəlsəfəsi İspaniyanın Gernika şəhərinin 1937-ci il bombardmanı ilə bağlı tarixi yaddaşa əsaslanır və bütün dünyada sülh ideyasının təşviqinə həsr olunub.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Mətbuat Şurası İdarə heyətinin üzvü Yeganə Hacıyeva deyib.

O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Cənubi Qafqaz regionunda sülh gündəliyinin memarı olması artıq bütün dünyada qəbul olunmuş faktdır.

“Uzun illər münaqişə ilə assosiasiya olunan Cənubi Qafqaz Qələbəmizdən sonra fərqli siyasi mərhələyə qədəm qoyub. Azərbaycan Prezidentinin verdiyi “hərbi mərhələ bitib, siyasi məsuliyyət və sülh quruculuğu mərhələsi başlayır” mesajı region üçün dönüş nöqtəsi oldu.

Müharibənin qalib tərəfi olmaqla paralel, müharibədən sonrakı ilk günlərdən ölkə rəhbəri Ermənistan–Azərbaycan münasibətlərində dialoq proseslərinin davamlı təşviqi üçün çalışıb və bu səylər regionda sülhə ciddi töhfələr verib.

Buna görə də “Sülh və Barışıq üçün Gernika mükafatı”nın Azərbaycan Prezidenti İlham Əliyevə təqdim olunması Cənubi Qafqaz regionunu sülhə və sabitliyə aparan liderin xidmətlərinə beynəlxalq səviyyədə göstərilmiş hörmət əlamətidir.

O vurğulayıb ki, bu və buna bənzər mükafatlar Azərbaycan Prezidentinin regional sülh proseslərində rolunun və bu sahədəki təcrübəsinin beynəlxalq səviyyədə qəbul olunduğunu göstərir: “Bundan əvvəl “Zayed İnsan Qardaşlığı Mükafatı” təşəbbüsü Qlobal Cənubda ölkəmizin və rəhbərinin artan rolunun, siyasi fəallığının güclənməsinin göstəricisi kimi qiymətləndirilmişdi.

“Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülməsi isə Prezident İlham Əliyevin xidmətlərinin qlobal səviyyədə qəbulunun daha bir təsdiqidir.

Bu, həm də getdikcə daha çox ideoloji qütbləşmə və sivilizasiyalararası qarşıdurma narrativlərinin gücləndiyi qlobal siyasətdə sülhə çağırış edən mühüm mesajdır”.

Əvvəlki Yazı

Azərbaycan və Ukrayna arasında iqtisadi əməkdaşlıq genişlənməkdədir

Növbəti Yazı

Azərbaycan–Ukrayna münasibətləri yeni mərhələdə: sülh diplomatiyası və geosiyasi əhəmiyyət

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.