Aprel 27, 2026-21:54
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Şəkili sənətkar: Atam bizim uğurlarımızı görməsə də əminəm ki, ruhu şaddır

2026:04:27 - 12:40
in MƏDƏNİYYƏT
A A

Şəki ölkəmizdə deyil dünyada 20-dən artıq qədim sənət növlərinin yaşadıldığı nadir şəhərlərdən biridir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu şəhərdə yaşadılan sənət növlərindən biri də təkəlduz sayılır. Tarixən olduğu kimi bu gün də təkəlduz sənətini yaşadan və inkişaf etdirən yerli sənərkarlar az deyil. Onlardan biri də Mustafayevlər ailəsidir.

Hazırda Şəkidə dekorativ sənətinin bu zərif növü ilə məşğul olanlardan biri də tanınmış təkəlduz ustası Vəfa Mustafayevadır. Daim yeniliyə can atan sənətkar son vaxtlar keçəçilik sənəti ilə təkəlduz tikmələrini birləşdirərək maraqlı tikmə nümunələri ərsəyə gətirməyə müvəffəq olub. Vəfa xanımın sənətdə həyat hekayəsinin başlanğıcı ağrılı, faciəli olsa da çəkdikləri zəhmətin bəhrəsini bu gün görür və dövlətimiz tərəfindən dəyərləndirildiyini xüsusi qeyd edir.

Vəfa və Aysel Mustafayevlər artıq 30 ilə yaxındır bu qədim sənətin sirlərini öyrənməklə yanaşı, həm də təbliğ edir, tanıdırlar. “Yuxarı Baş” Tarix Milli Memarlıq Qoruğu ərazisində yerləşən “Sənətkarlar evi”ndəki emalatxanaları Vəfa xanımın dili ilə desək ikinci evləri sayılır. Təkəlduz ustası ilə emalatxanasında dəfələrlə görüşüb söhbət etsək də budəfəki ilk sualımızı sanki heç gözləmirdi. Ondan necə oldu ki, bu sənəti seçdiniz deyə soruşduqda, Vəfa xanım bir anlıq xatirələrə dalaraq ötən illərə qayıtdı.

“Əlbəttə hamı kimi bizim də həyatımızda bu işə yön verən, yol göstərən olub. Anamız bu sahəni bilirdi. Lakin rəhmətlik atamız hamıdan çox istəyidi ki, təkəlduz sənətində ən yüksək uğura imza ataq. Hətta xarici ölkəyə gedəndə bizim üçün maraqlı toxuma sxemləri tapar və çalışardı ki, tezliklə bizə çatdırsın. Əfsuslar olsun ki, biz bu sahədə yenicə addmlamağa başlayanda atam avtomobil qəzasında dünyasını dəyişdi. Doğrusu, bir müddət əlimiz işdən soyudu. Lakin atamızın arzu-istəyini reallaşdırmaq lazım idi. Beləcə, toparlanıb yola çıxdıq”,- deyir həmsöhbətim.

Vəfa xanımın bacısı Aysel Bakıda yaşadığından onları bir araya gətirə bilməsək də bacılar bütün işlərini birgə həyata keçirirlər. Pandemiyanın gəlməsi də onların həyatında yeni bir mərhələnin başlanğıcı hesab olunur. Təkəlduz ustası deyir ki, pandemiyanın gəlməsi onların evlərinə çəkilməsi ilə həyatlarında sanki növbəti təkamül dövrünün başlanmasına rəvac verib. Vəfa xanım bacısı Aysellə birlikdə sənətdə daha abır yenilik edərək, hər kəsin diqqətini cəlb etməyi bacarıblar. Onlar qısa müddətdən sonra keçəçilik sənətinin bərpasına nail olublar.

Keçə və təkəlduzu sintez etməklə sənətə gətirdikləri yenilik barədə danışan Vəfa Mustafayeva keçəçiliyin çox qədim tarixi olduğunu, “Kitabi-Dədə Qorqud” dastanında da keçə ilə bağlı məlumatların yer aldığını söyləyib. “Keçəçilik əsasən maldarlığın, qoyunçuluğun inkişaf etdiyi dağlıq bölgələrdə yayılıb. Keçənin hazırlanması çətin prosesdir, ona görə də bu sənətlə çox vaxt kişilər məşğul olur. Belə ki, yun yuyulur, təmizlənir, daranır, didilir. Sonra isti su və sabunla yoğrularaq istifadəyə hazır vəziyyətə gətirilir. Hamısı da ağır işdir. Sevinirəm ki, çətin də olsa, bacımla bu işi bacardıq. Sənətə gətirdiyimiz yeniliyə Vətən müharibəsi dövründə başladığımız üçün keçə hazırlayarkən Qarabağ yunundan da istifadə edirik. Ümumiyyətlə yeni işlər hazırlayarkən doğma Qarabağımızın tarixi məkanları, qədim Şuşa, eləcə də Qobustan qayaları, vətənpərvərlik mövzularına üstünlük veririk”, – deyə o bildirib.

Təkəlduz ustasının sözlərinə görə, keçənin üzərinə mövzu işləmək bir az çətindir. Gərək keçənin üzərinə elə bir mövzu işləyəsən ki, keçə təkəlduz ilmələrinin, naxışların fonunda itib batmasın. Söhbət zamanı onu da öyrənirik ki, ilk əl işlərini sosial şəbəkələr, platformalar vasitəsilə yerli və xarici müştərilərə təqdim edirlər. Əl işləri gözlənildiyindən çox bəyənilir. Nəticə və xoş soraqları dünyanın müxtəlif ölkələrindən gəlməyə başlayır.

Emalatxanada nümayiş etdirilən bir neçə keçə-təkəlduz əl işləri var ki, onları Vəfa xanım ancaq yerli və beynəlxalq sərgi və festivallar üçün saxlayır. Deyir ki, təkcə pandemiyadan sonra bu əl işləri dünyanın bir neçə ölkəsində keçirilən festivallarda böyük izləyici marağına səbəb olub.

Müsahibimiz bildirir ki, çəkilən zəhmət heç zaman hədər getməyib. Uzun illərin zəhməti onları yetkin bir sənətkara çevirib. Digər tərəfdən onların qədim sənətin inkişafı istiqamətində həyata keçirdikləri layihələr müvafiq nazirlik və orqanların da diqqətindən yayınmayıb. Belə ki, Vəfa xanım son bir neçə ildə beş müxtəlif ölkədə Azərbaycan nümayəndə heyətinin tərkibində sərgi və festivallarda ölkəmizi layiqincə təmsil edib.

Təkəlduz ustasının emalatxanasında olduğumuz müddətdə diqqətimizi daha bir maraqlı məqam cəlb edir. Vəfa xanım, gələn qonaqları ingilis, rus, türk, fransız, alman dillərində salamlayır və əl işləri barədə onları məlumatlandırırdı. Öyrənirik ki, ötən il dövlət tədbirləri çərçivəsində Türkmənistana və Omanda olub. O son vaxtlar ərəb dilini də öyrənməyə başlayıb. Məqsədi müxtəlif ölkələrdən gələn qonaqlara təmsil etdiyi sənətlə yanaşı, həm də Azərbaycan tarixi, Şəki memarlığı haqda da məlumatlar verməkdir.

Vəfa Mustafayevadan gələcək planları haqda soruşarkən bildirib ki, sənətkar yerində saymamalı, daim yeniliyə can atmalıdır. Daha sonra əlavə edib ki, bu illər ərzində 10-dan çox ölkədə təşkil edilən dövlət tədbirləri və festivallarda iştirak edib, tək Azərbaycandan deyil dünyanın 20-dən çox ölkəsindən çox sayda dost qazanıb, sənətini sevənlər, pərəstişkarları var və onlar təkəlduz ustasından yeni-yeni sənət nümunələri gözləyirlər. Bu mənada Vəfa xanım xalq sənətinin geniş yayılmış növlərindən olan təkəlduz sənətində, eləcə də keçəçilikdə öz dəst-xətini daim inkişaf etdirir.

Əvvəlki Yazı

Şabranın Xəlfələr kəndində selin uçurduğu körpü nə vaxt bərpa olunacaq

Növbəti Yazı

Kəmaləddin Heydərov Naxçıvanda vətəndaşları qəbul edəcək

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.